Şənbə, 25 Yanvar, 2020
Dünya birjalarında neftin qiyməti qalxıb. "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelinin qiyməti 62,04 dollara qalxıb. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 65,49 dollara yüksəlib.
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 27-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
Qubad İbadoğlu Bu ilin il 4 ayında bu bazarda satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 5,5 milyard manat olub ki, onun da 80 faizə qədəri bir neçə şirkətin payına düşür. Hesablamalar göstərir ki, Bravo, Araz və Bazar Store şirkətlərinin aylıq mənfəətləri 100 milyonlarla manata çatır. Dövlət Statistika Komitəsinin məlumatına görə,...
Azərbaycan Mərkəzi Bankı 25 iyul tarixinə olan valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata əsasən, iyulun 25-ə olan rəsmi məzənnələr bülleteninə görə, ABŞ dollarının rəsmi məzənnəsi 1,5724 manat təşkil edir. Avro isə nisbətən ucuzlaşıb. Manata nəzərən avronun məzənnəsi 1,7259 manat təşkil edir. 1 türk lirəsi 0,5141 manat, 1 rus rublu 0,0243 manatdır.
Paytaxt Bakıda "Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya" enerji halqasının yaradılması barədə texniki şərtlər müzakirə olunub. Müzakirələrdə Rusiyanın "Rosseti", "İnter RAO", "Gürcüstanın Dövlət Elektrik Sistemi"nin və "Azərenerji" ASC-nin rəsmiləri iştirak edib. Tədbirdə həmçinin sözügedən halqa vasitəsilə elektrik enerjisinin nəqlinin tənzimlənməsi mexanizmi müzakirə edilib. Tərəflər yuxarıda qeyd edilən məsələlərlə bağlı informasiya mübadiləsinin aparılmasına dair razılıq əldə edib.
Kommersiya banklarının xarici valyuta satışı ilə bağlı vəziyyət gərgindir. Turan-ın məlumatına görə, ötən həftənin sonundan bankların bir hissəsi valyuta satışını ya dayandırıb, ya da sərt limit qoyub. Sentyabrın ilk günündə banklar arasında keçirilən sorğu göstərib ki, vəziyyət normallaşmayıb. Belə ki, "Respublika", "Standart", "Silkway" xarici valyuta satmır. "Kapitalbank", "Accessbank",  "Azərbaycan Beynəlxalq Bankı" bir nəfərə...
Azərbaycanda akvakultura (su hövzəsində heyvanların artırılması, onlara nəzarət və qulluq edilməsi) subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu alınacaq. Bu, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində öz əksini tapıb. Belə ki, qanuna əlavə edilən 18.69-cu maddəyə əsasən akvakultura subyektləri tərəfindən hazırlanan...
Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclasında bəzi qanunlara dəyişikliklə bağlı qanun layihələri müzakirəyə çıxarılıb. Bunlar "Mühasibat uçotu haqqında", "Poçt haqqında", "Reklam haqqında", "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələridir. Sonda qanun layihələri səs qoyularaq qəbul edilib.
1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli qərarı ilə “Bank Standard” QSC müflis elan edilib. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib. Məlumata əsasən, fond 04.10.2016-cı il tarixdən qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının noyabrın 2-nə rəsmi məzənnəsini 1,6490 AZN/USD səviyyəsində müəyyən edib. AMB-dən "Report"a verilən məlumata görə, bu, məzənnənin 0,67% yüksəlməsi deməkdir. Qeyd edək ki, oktyabrın 28-də və 31-i və noyabrın 1-də də rəsmi məzənnə 1,6381 AZN/USD olub. Xatırladaq ki, sonuncu dəfə dolların maksimal rəsmi məzənnəsi bu il martın 11-də...