Cümə axşamı, 6 Avqust, 2020
Azərbaycanda fəaliyyət göstərən daha 3 xarici şirkət ölkədəki nümayəndələyini ləğv edib. Bu haqda Vergilər Nazirliyi xəbər verir. Nümayndəliyini ləğv edənlər Rusiya, Böyük Britaniya və İsveçrə şirkətləridir. Rusiyanın “AKTAVİS”, Böyük Britaniyanın “Bİ CEY SERVİSEZ KOMPANİ MİDL İST LİMİTED” və İsveçrənin “SCHERİNG-PLOUGH CENTRAL EAST AG” şirkətlərinin nümayəndəliklərinin ləğv edilməsinin səbəbi açıqlanmır. Adıçəkilən şirkətlərin kreditorı tələbləri...
Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın bu ilin ikinci rübündəki xalis gəliri illik 74 faiz artımla 1,82 milyard dollar olub. Bankın şərhində qanuni ödənişlərin azalması və sabit gəlirli gəlirlərin proqnozlardan artıq olmasının şirkətin qazancının artmasına təsir etdiyi bildirilib. Bankın hər səhm üzrə gəliri isə 3,72 dollara yüksəlib. “Goldman Scahs”ın icraçı...
Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı danışıqların növbəti mərhələsi başlayıb. "Report" Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edir. Daha əvvəl M.Məmmədquliyevin jurnalistlərə bildirdiyinə görə, danışıqlar çərçivəsində Azərbaycan üzrə işçi qrupun görüşü keçiriləcək, kənd...
Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının iyulun 20-nə rəsmi məzənnəsini 1,5662 AZN/USD səviyyəsində müəyyən edib. AMB-dən verilən məlumata görə, bu, gündəlik 0,20% artım deməkdir. Qeyd edək ki, iyulun 19-na rəsmi məzənnə 1,5631 AZN/USD olub.
"Bank of Azerbaijan" ASC-nin ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Bankın kreditorlarına müraciət edib. Bu barədə ADİF-in saytında məlumat verilib. Müraciətdə bildirilir ki, "Banklar haqqında" qanunun 77.6-cı maddəsinə uyğun olaraq, qəbul edilmiş və etiraz edilmiş kreditor tələblərinin siyahısı məhkəməyə təqdim edilib. Adı çəkilən qanunun 77.7-ci maddəsinə uyğun olaraq etiraz...
Azərbaycan Mərkəzi Bankı (AMB) bugün növbəti valyuta hərracı keçirib. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hərracda 50 milyon ABŞ dollarını satışa çıxarıb, amma hərracda tələb 300 milyon dolları keçib. 50 milyon ABŞ dolları 28 banka satılıb. AMB-nin rəsmi məzənnəsinin iyulun 20-nə 1,5662 AZN/USD səviyyəsinə yüksələcəyi ehtimal olunur. Ekspertlər bildiriblər ki, ümumiyyətlə, qlobal maliyyə bazarlarında yaxın iki ay...
Bankdan verilən məlumata görə, aparılan texniki yenilənmə işləri ilə əlaqədar olaraq bankomatların fəaliyyəti bir müddətlik dayandırılıb. "Hazırda bankomatlarda texniki yenilənmə davam etdirilir və qısa müddətə bu proses başa çatdırılacaq. "Unibank" kartlarından pul nağdlaşdırmaq istəyən müştərilər bankın istənilən filialına yaxınlaşaraq POS terminal vasitəsilə əməliyyat apara bilərlər. Unibank anlayışları üçün müştərilərinə təşəkkürünü bildirir və ən...
Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının iyulun 19-na rəsmi məzənnəsini 1,5631 AZN/USD səviyyəsində müəyyən edib. AMB-dən verilən məlumata görə, bu, gündəlik 0,20% artım deməkdir. Qeyd edək ki, iyulun 18-də rəsmi məzənnə 1,5600 AZN/USD olub.    
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin yanvar-iyun ayları ərzində büdcə gəlirləri 3 991,0 mln. manat, büdcə xərcləri isə 2 256,7 mln. manat təşkil edib. İlin I yarısında ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 689,5 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından...
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 3 781,7 min ton xam neft, 3 162,1 mln. kubmetr təbii qaz hasil edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, xam neft hasilatında ötən ilin I yarısından 8,6%, qaz hasilatında isə 6,2% azalma olub. İlin altı ayı ərzində hasil olunan xam neftin...