Cümə axşamı, 30 İyun, 2022
Koronavirus pandemiyası sürətlə yayılmaqdadır. Gündəlik yoluxma sayı 4 min nəfəri keçib. Amma COVID-19 virusunun yayılması və onu nəticələri barədə sutkalıq statistikayı açıqlayan hökumət hələ bir dəfə də olsun ictimaiyyətə bu bəla ilə mübarizəyə sərf olunan vəsaitlər barədə məlumat təqdim etməyib. Mart ayında prezident İlham Əliyevin fərmanı ilə “Koronavirusla Mübarizəyə Dəstək...
2020-ci ildə Azərbaycanda xarici ticarət dövriyyəsi 24 mlrd. 471 mln. dollar olub. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi açıqlama yayıb. Məlumata görə, bunun 13 mlrd. 740.57 mln. dolları ixracın, 10 mlrd. 730.72 mln. dolları isə idxalın payına düşüb. Xarici ticarətdə müsbət saldo 3 mlrd. 9.85 mln. dollar təşkil edib. Müsbət saldo...
Bu il aprelin 1-nə Azərbaycanda uçotda olan 1 240 652 vergi ödəyicisinin 87,7%-i fiziki şəxs, 12,3%-i hüquqi şəxs və digər təşkilatlar olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 167 992 vahid və yaxud 115,7% artıb ki,...
2022-ci ilin iyuluna qədər Bolqarıstan-Yunanıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) ilə Azərbaycan təbii qazı Rumıniyaya çatdırılacaq. Bunu Rumınıyanın energetika naziri Vircil Popesku bildirib. Onun sözlərinə görə, Rumıniya üçün Azərbaycandan nəql ediləcək təbii qaza maraq, prinsipcə, sonda Qara dəniz şelfindəki layihələr üzrə əməliyyatların başlayacağı ilə bağlı nikbin ssenari çərçivəsində nəqliyyat haqları...
Sentyabrın 15-də Bakıda mağaza və marketlərə üz tutan alıcılar bir çox ərzaq məhsullarının bahalaşması ilə qarşılaşıblar. Bahalaşan ərzaq məhsulları arasında çörək də var. Əvvəllər 45 qəpiyə satılan çörəyi indi 60 qəpiyə almaq olur. Çörəkdən başqa, şəkər tozunun, süd tozunun, kofenin və makaronların qiymətlərində də artım görünür. Alıcılar AzadlıqRadiosuna deyiblər ki, kiloqramı 1...
Dövlət Statistika Komitəsi (DSK) ev təsərrüfatlarına dair ötən ilin statistik sonuclarını açıqlayıb. Açıqlanan rəqəmlər içərisində ev təsərrüfatlarında adambaşına düşən gəlirlər də ayrıca diqqət çəkir. Statistika qurumu bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahidi ev təsərrüfatı sayıb. Amma şəxslər qrupu bir evdə (mənzildə) yaşadığı, öz gəlir və əmlakını tam...
Rusiya prezidenti Vladimir Putin Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibə verib. Putin müsahibəsi zamanı Bakıda baş tutacaq sammitdə danışılması planlaşdırılan məsələlərdən danışıb: “Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 8-də biz iqtisadiyyatdan və humanitar əlaqələrdən başlamış, təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərinə qədər ən müxtəlif sahələrdə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi...
Azərbaycan neftində ucuzlaşma davam edir. Qeyd edək ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,08 dollar və ya 2,33% azalaraq 45,28 dollar təşkil edib.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 3 ədəd Mİ-8 MTV1 tipli vertolyotunu satışa çıxardığını elan edib. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bununla bağlı hərrac sentyabrın 14-də Hərracların Təşkili üzrə Auksion Mərkəzində baş tutacaq. Vertolyotlardan ikisi 1993, biri isə 1991-ci il istehsalıdır. 1991-ci il istehsalı olan vertolyotun başlanğıc qiyməti 130,023 manat, 1993-cü...
2016-cı il avqustun 1-dən başlayaraq “Parabank”ın əmanətçilərinə 19.5 mln, “Zaminbank”ın əmanətçilərinə 28.8 mln, “Kredobank”ın əmanətçilərinə 5.8 mln, “Dekabank”ın əmanətçilərinə isə 2.3 mln manatdan artıq kompensasiya ödənilib. Bu barədə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb. Ümumilikdə, 4 bank üzrə 56.4 mln manatdan artıq kompensasiya ödənilib. Bu bankların qorunan əmanətçilərinin sayı 31 959 nəfər təşkil...