Heritic Fondu (Heritage Foundation) bu həftə dünyada iqtisadi azadlığın durumuna dair “2022-ci il İqtisadi Azadlıq İndeksi”ni yayıb.
Bu indeks 177 ölkəni iqtisadi azadlığın 12 kateqoriyası üzrə 0-100 ballıq şkala üzrə dəyərləndirir. Hər bir ölkənin kateqoriyalar üzrə orta balı hesablanır.
Bu kateqoriyalar əmlak hüquqları, effektiv ədliyyə, hökumətin bütövlüyü, vergi yükü, hökumətin xərcləri,...
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,13 ABŞ dolları, yaxud 3,21 % artaraq 100,76 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 94,25 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal...
Moldovanın baş nazir müavini, xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku Azərbaycan XİN başçısı Ceyhun Bayramovun dəvəti ilə Azərbaycana işgüzar səfər edib.
Moldova XİN-in məlumatına görə, iki günlük səfər zamanı "Azərbaycanla Moldova arasında "Cənub Qaz Dəhlizi"nin strateji vacibliyi kontekstində ticari-iqtisadi, investisiya və enerji sahələrində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri" müzakirə olunacaq.
Səfər...
Beynəlxalq Əmək Təşkilatının Qlobal Sosial Müdafiəyə dair hesabatında (World Social Protection Report 2020-2022) müxtəlif ölkələrdə bu məsələnin səmərəlilik dərəcəsi müqayisə edilir. COVID-19 böhranı zamanı dünyada sosial müdafiə son dərəcə yayılsa da, hesabata görə, hələ də 4 milyarddan çox insan bu müdafiədən tam qıraqda qalıb.
Beynəlxalq Əmək Təşkilatı pandemiya dönəmində dünyadakı...
"Bakı Metropoliteni" QSC-nin vergi borcu 14 milyon manatı keçib.
AbzasMedianın Dövlət Vergi Xidmətinə sorğusundan sonra aydın olub ki, "Bakı Metropoliteni" QSC-nin 2 fevral 2022-ci il tarixinə olan vergi borcu 14 milyon 103 min 365 manat təşkil edir.
Ötən il də "Bakı Metropoliteni" QSC-nin vergi borcu yaranmışdır və bu borc 12 milyon...
Azərbaycanda istehsal olunan məhsullar ABŞ-ın məşhur elektron ticarət platformaları olan "Amazon" və "eBay"da satışa çıxarılacaq.
Satışlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı vasitəsilə həyata keçiriləcək.
İlkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin, bəzi qida məhsulları "Amazon" və "eBay"a inteqrasiya...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişikliklə bağlı qanun layihəsi təqdim edilib.
Bu barədə parlamentdən bildirilib.
Məlumatda deyilir ki, iclas 2022-ci ilin yaz sessiyası çərçivəsində baş tutub.
Sonra komitə sədri iclasın gündəliyində olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında"...
İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib.
Bu barədə qurum açıqlama yayıb.
Qurumdan bildirilib ki, ölkəyə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu illə müqayisədə təxminən 58% artım baş verib.
Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda...
Azərbaycanda 2021-ci ilin ilk günləri Tarif Şurasının qiymət artımları ilə yadda qaldı. Yanvarın 4-də Tarif Şurası dizelin qiymətini 30 faiz qaldırmışdı.
İqtisadçı alim Qubad İbadoğlu deyir ki, il necə bahalaşma xəbərləri ilə başladısa, eləcə də davam etdi:
“Yanvarın 4-də yanacağın, yanvarın 31-də suyun, iyulun 1-də qazın, oktyabrın 15-də yenidən qazın və...
Bunu iqtisadçı Fərid Mehralızadə “Toplum TV”-yə ilin iqtisadi yekunlarını müzakirə edərkən deyib.
Müsahibəni təqdim edirik.
-Fərid bəy, 2021-ci ili Azərbaycan iqtisadiyyatı üçün necə qiymətləndirirsiz?
-Azərbaycan iqtisadiyyatının bəzi fundamental və xroniki problemləri var ki, onlar həll olunmadı. Yəni neftdən asılılıq, ölkəyə investisiya qoyuluşu, ümumiyyətlə, ölkə iqtisadiyyatının şaxələndirilməməsi əsas problemlər kimi qalmaqdadır. Amma reallıq...