Cümə, 5 İyun, 2020
Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib. Xalq artisti açıqlamasında bildirib ki, teatrdakı işindən uzaqlaşıb: “Bəli, yayılan xəbərləri təsdiqləyirəm, teatrdakı işimdən getmişəm. Rəsmi müraciət etməmişəm, ərizə yoxdur. Sabah son tamaşamdır, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında oynayacağam. Məsələnin təfərrüatı haqqında açıqlama vermək...
“Xahiş edirəm, mənimlə bu cür mövzuları danışmayın” Oktyabrın 6-da 20 milyon dollar büdcəsi ilə Azərbaycanın ən bahalı filmi olan “Əli və Nino” filmi ölkə kinoteatrlarında nümayiş olunmağa başlandı. Film ictimaiyyət tərəfindən maraqla qarşılandı, amma bir çox suallar da ortaya çıxdı.  Bu suallardan biri də tanınmış aktyor Fəxrəddin Manafovla bağlıdır. Belə ki,...
Fransanın Konyak şəhərindən Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev fondunun təşkilatçılığı ilə “Nizami Gəncəvi və Məhsəti Gəncəvi: XII əsrlə XXI əsri birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində şairə Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi olub. Tovuz və Konyak şəhərlərinin qardaşlaşması layihəsi çərçivəsində Məhsəti Gəncəvinin heykəli ucaldılıb. Açılış mərasimi Konyak şəhərinin meri Mişel...
(Səviyyəsiz hekayə) Qanadı qırılmış quş da uçarmış Qanad sarımaqda çətin nə var ki? Yaxşı bax qanadın altında bəlkə Qanını içəcək bitin də var ki?! Günel Mövlud Sünbülün yöndəmsiz görünüşü vardı. Təbiət ona bir qram da cazibədarlıq verməmişdi. Arpaya qatsaydın at yeməzdi. Sifəti kələ-kötür, çiyinləri enli, döşləri yekə, dalı balaca və düz, ayaqları nazik idi. Saçı...
İsrailin dövlət xadimi, sabiq baş naziri və 9-cu prezidenti (2007-2014) Şimon Peres sentyabrın 27-si gecə saatlarında Təl-Əvivdə dünyasını dəyişib. Onun dünyanı heyran edən, maraqlı çıxışlarından birinin faydalı olduğunu düşünüb təqdim edirik. Çıxışın mətni:  Biz öz torpağımıza qovuşmağı arzulayırdıq, ancaq əldə etdiyimiz torpaq yaxşı deyildi. Yaxın Şərqin mində bir hissəsi olan...
Öz Facebook hesabında satirik karikatüra paylaşdıqdan sonra İslam dinini təhqirdə ittiham olunaraq həbs edilmiş iordinayalı yazıçı öldürülüb. Petra xəbər agentliyi yazır ki, Nahid Hattar Əmman şəhər məhkəməsinin qarşısında üç güllə ilə vurulub. Yerli medianın yazdığına görə, polis onu öldürəni saxlayıb və cinayət işi açıb. Xristian dininə sitayiş edən yazıçı avqust ayında Allahı...
Tanınmış rus rejissoru, seçdiyi mövzular, maraqlı baxış bucağı ilə məşhurlaşmış Vitali Manski “Günəşin şüaları altında” adlı növbəti sənədli filmi ilə festivalları fəth eləməyə başlayıb. “Günəşin şüaları altında”, Şimali Koreya Xalq Respublikasının paytaxtı Pxenyanda çəkilib və səkkiz yaşlı Zin Minin həyatından bəhs eləyir. KXDR-in Mədəniyyət Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə...
"Bu gün Azərbaycanın televiziya məkanında ermənilərə, terroristlərə və bizə qadağa qoyulub". Əməkdar artist, "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri Tahir İmanovun müsahibəsini təqdim edirik: -Tahir bəy, çoxdan gözlənilən "Ölülər 21-ci əsr" filminin təqdimatı baş tutdu. Bu münasibətlə sizi və yaradıcı heyəti təbrik edirik. Film üzərində 15 il çalışdığınızı bildirdiniz....
Amma Azərbaycan təhsil ocaqlarından heç biri siyahıya düşməyib Ali təhsillə bağlı yeniliklərdən bəhs edən “Times Higher Education” (THE) jurnalı dünyanın ən yaxşı universitetlərinin bu ilki siyahısını açıqlayıb. Siyahıda bu dəfə 980 universitetin (keçən ilkindən 180 universitet artıq) adı çəkilir. Rusiyanın 24, Türkiyənin 18, Gürcüstanın 1 universiteti də (Ivane Javakhishvili Tbilisi State...
Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərginin açılış mərasimi keçirilib. Muzeyin mətbuat xidmətindən verilən məlumata görə, Xalça Muzeyi, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi əməkdaşlarının iştirakı ilə muzeyin bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponatının üzərində zəruri işlər həyata keçirilib. “Bərpa olunmuş eksponatlar” sərgisinin keçirilməsində əsas məqsəd onların bərpa...