Şənbə, 16 Fevral, 2019
Xalq artisti Rafiq Hüseynov Almaniyada vəfat edib. Abzas.net xəbər verir ki, bu barədə xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Rafiq Hüseynov müalicə aldığı Düsseldorf şəhərindəki klinikada vəfat edib. R. Hüseynov 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən diktor daha əvvəl Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.
Türkiyənin tanınmış aktyoru Seyfəddin Karadayı vəfat edib.  Türkiyə KİV-nin məlumatına görə, aktyor 94 yaşında dünyasını dəyişib. S.Karadayı İstanbulda dəfn olunacaq. S.Karadayı 1923-cü ildə İstanbulda anadan olub. Ailəsinin istəyi ilə hərbi məktəbə daxil olub və uzun illər ordu sıralarında zabit kimi xidmət edib. O, 46 yaşında polkovnik rütbəsi ilə ordudan təxris olunub  və təqaüdə çıxıb. Təqaüdə...
Polşada sovet heykəllərini sökməyə icazə verən qanun qəbul olunub. Abzas.net xəbər verir ki, Polşa prezidenti Anjey Duda kommunizmin təbliğatının qadağan edilməsinə dair qanuna dəyişiklikləri imzalayıb. Bu dəyişikliklər həm də, sosializm dövründə ölkə ərazisində quraşdırılmış sovet və kommunizm simvollarını özündə əks etdirən heykəllərin uçurdulmasına icazə verəcək. 22 iyunda Polşanın aşağı palatası (seym) kommunizmin...
1994-cü ildə çəkilmiş "Ed Wood" filmində yaratdığı Bela Luqosi roluna görə Oskar mükafatına layiq görülən Amerika kino-aktyoru Martin Landau 89 yaşında vəfat edib. Landaunun publisisti onun şənbə günü Los Ancelesdə adının açıqlanmadığı xəstəliyin fəsadlarından keçindiyini deyib. Sabiq karikatura ustası Landau 1950-ci illərdə aktyorluğa başlayıb. O, 1960-cı illərdə “Mission: Impossible” casus dram filmində...
İyulun 3-də Polşanın Krakov şəhərindəki Vavel kral qəsrində bir çox tanınmış şəxslərin iştirakı ilə Ümumdünya İrsi Komitəsinin 41-ci iclasının açılış mərasimi keçirilib. Məlumata görə, mərasimdə təxminən min nəfər iştirak edib. Açılış mərasimində Polşanın prezidenti Ancey Duda, baş nazirinin müavini, mədəniyyət və milli irs naziri Pyotr Qlinski, YUNESKO-nun baş direktoru İrina...
İlqar Nəcəfin “Nar bağı” bədii filmi Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalında təqdim olunub. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, kinostudiya və “Buta Film” kino şirkətinin birgə istehsalı olan film festivalın “Qərbin Şərqi” müsabiqə proqramında nümayiş olunub. Nümayişdə iştirak edən İlqar Nəcəf xarici mətbuat nümayəndələri və tamaşaçıları maraqlandıran sualları cavablandırıb. Yeni ekran...
Fransanın Evian şəhərində Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılışı olub. Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, bu, Fondun təşəbbüsü ilə İsmayıllı və Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində gerçəkləşib. “Azərbaycan parkı”nın və parkda “Dostluq” bulağının açılışından sonra görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinin açılış mərasimi olub. Evian-le-Bənin meri...
Azərbaycan Xoreografiyasının korifey sənətkarı, xalq artisti Xumar Zülfüqarova vəfat edib. Bu barədə "Report"a Azərbaycan Rəqs Assosiasiyasından məlumat verilib. Məlumata görə, X.Zülfüqarova 90 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini...
Türkiyəli rejissor Fikret Reyhan 39-cu Moskva Beynəlxalq Film Festivalında "Ən yaxşı rejissor" mükafatına layiq görülüb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ona bu mükafatı "Sarı Sıcak" adlı filmi qazandırıb. Rejissor mükafatın onlar üçün gözlənilməz olduğunu bildirib: "Mükafat bizim üçün təəccübləndirici oldu. İstanbul Film Festivalından sonra bu mükafata layiq görüldüyüm üçün...
Avropa Yayım Birliyi (AYB) rusiyalı ifaçı Yuliya Samoylovanın Ukraynaya girişinə qadağa qoyulması ilə bağlı qərar qəbul edilərkən ölkə hökumətinin "Eurovision" müsabiqəsinin təşkilatçıları ilə kifayət qədər əməkdaşlıq etməməsinə görə rəsmi Kiyevə iradlarını bildirib. BBC-nin məlumatına görə, indi hökumətin bu addımına görə Ukrayna cərimələnə bilər. "Nəticədə diqqət müsabiqədən kənar məsələlərə yönəldi, "Eurovision" un nüfuzu təhlükə...