Çərşənbə axşamı, 18 May, 2021
Hüquqşünas Xalid Ağaliyev əsasən media hüququ sahəsində çalışır. O 'Abzas' saytına ölkədəki vəkil qıtlığının səbəblərindən, siyasi işlərə çıxan vəkillərə qarşı repressiyalardan və Avropa İnsan Haqqları Məhkəməsinə müraciət yollarından bəhs edir.  - Xalid bəy, azərbaycanda vəkil qıtlığı haqda artıq dəfələrlə danışılıb. Bu qıtlığın səbəbi nədir? Vəkillik cəlbedici deyil, yoxsa vəkil olmaq...
Azərbaycan və Ermənistan altı həftə davam edən müharibədən sonra şiddətli döyüşlərə son qoymaq məqsədilə Rusiyanın vasitəçiliyi ilə saziş imzalayıb. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə yeni sazişə səbəb olan hadisələr və Minsk Qrupunun bundan sonrakı fəaliyyətindən bəhs edib. - Səfir Uorlik, bildiyiniz kimi Azərbaycan, Ermənistan və...
Prezidentin mart ayının 17-də imzaladığı əhv fərmanı ilə azadlığa çıxan NİDA-çı məhbus Elgiz Qəhraman "Abzas"a onun həbsinə aparan hadisələrdən, həbsindən və üzərinə qoyulan ittihamlardan bəhs edib.  - Elgiz, sənin həyatının uzun dövrünü Türkiyədə yaşadığını bilirəm. Ancaq səni siyasi motivlərlə Azərbaycanda həbs etdilər. Bizə danışa bilərsənmi, necə oldu fəaliyyətin Türkiyədə olduğuna...
İqtisadçı-ekspert Zöhrab İsmayıl Abzas-a minimum əməkhaqqının artırılmasının səbəblərini və bunun cəmiyyətə təsirləri ilə bağlı müsahibə verib.  - Zöhrab bəy, minimum aylıq əməkhaqqının miqdarı artırıldı. Belə bir fikir var ki, hakimiyyət bunu ölkədə maaşların Ermənistanla müqayisəyə görə edib. Siz bu haqda nə düşünürsünüz? - Burda məsələ yalnız Ermənistan məsələsi deyil, mən düşünürəm...
Noyabrın 1-də NİDA üzvü, gənc fəal Elgiz Qəhrəmanın 30 yaşı tamam oldu. O öz doğum gününü həbsxanada qarşıladı. Atası Kamal Qəhrəmanov deyir ki, bu günlə bağlı başqa planları varmış: “Ona nişan aparacaqdım ad günündə. Öz istədiyi vardı. Amma bu gün ora getməyimiz pis təsir etdi mənə”. Anası Səadət Məmmədova əlavə edir:...
Selcan Yağmurun İntiqam Əliyevlə müsahibəsi 1 iyun - Uşaq Günündə istedadlı gənc yazar Selcan Yağmur ilk dəfə jurnalist qismində hüquqşünas-yazıçı İntiqam Əliyevdən geniş müsahibə alıb. Müsahibədə məşhur qələm sahibinin yaradıcılıq planları ilə yanaşı, uşaq-böyük münasibətləri və digər maraqlı məsələlərə toxunulub. Selcan Yağmur: İntiqam bəy, işlər necə gedir? Deyirlər ikinci romanınızı yekunlaşdırmaq...
“Uşaqdı, etiraz edib. Onun da ağlı o cür kəsir. Etiraz edib ki, mən bu gül bayramını istəmirəm, buna xərclənən pulları istəyirəm bizə xərcləyəsiniz. Səhv deməyib ki? Bu da onun istəyidir də...” Bayramın gəlhagəl günlərində şair Rüstəm Behrudi AzadlıqRadiosu-nun suallarını cavablandırır. Öncə bayramlaşır, ardınca səhhətindən sözə başlayır: – Əməliyyat olunmuşam. Üç aydır...
Professor Cəmil Həsənli beynəlxalq münasibətlər tarixi üzrə dünyada tanınan mütəxəssisdir. Onun SSRİ-nin cənub sərhədləri boyunca sovet siyasəti seriyasından olan kitabları ABŞ-ın tanınmış Harvard Universitetində, Rusiyanın müxtəlif nəşriyyatlarında, Türkiyə və digər ölkələrdə nəşr edilib. Suriyadakı vəziyyətlə bağlı İranın öz ərazindən Rusiya aviasiyasına istifadə imkanı verməsi regionda yeni geo-strateji reallıqlar yaradıb....
Martın 1-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüb. Görüşdə mədəniyyət və incəsənət xadimləri bir neçə təklif səsləndiriblər. Səsləndirilən təkliflərin bir çoxu fəxri adlar, maddiyyat məsələləri olub. Mədəniyyətin və incəsənətin durumu ilə bağlı ümumi problemlər isə səsləndirilməyib. Azərbaycanın görkəmli bəstəkarı, hazırda Şimali Kiprdə yaşayan...
BBC Azərbaycanca "Növbədənkənar Prezident Seçkisi 2018" layihəsi çərçivəsində siyasətçilərlə, ölkənin tanınmış fikir adamları ilə silsilə müsahibələrə başlayıb. Layihənin bu dəfəki qonağı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli olub. - Əli bəy, seçkiyə qatılmadınız. Boykotu niyə bu qədər effektli bir addım kimi görürsünüz? İndiyə kimi bəzi seckiləri boykot etmisiniz, nəyə nail olmusunuz? -Biz boykot...