Şənbə, 16 Fevral, 2019
İnformasiya mənbələri hökumətin insan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizmi dəyişdirməsi barədə məlumat yayırlar. İyulun 23-də Milli Məclisdən verilən məlumata görə, bununla bağlı yeni “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin...
"Hökumət mənim və ya həmkarlarım tərəfindən hazırlanan hesabatlara qulaq asanda biz həmişə məyus oluruq. Çünki belə hiss yaranır ki, onlar düşünür ki, hesabat daha müsbət olmalıdır", BMT-nin xüsusi məruzəçisi Michel Forst BBC Azərbaycancaya müsahibəsində deyib. BMT-nin xüsusi məruzəçisi Michel Forst Azərbaycan hökumətini vətəndaş cəmiyyətinə qarşı cəzalandırma yanaşmasına yenidən baxmağa çağırıb. Hökumətin...
"Kim Azərbaycan hakimiyyətini tənqid edirsə, onu ermənipərəstlikdə günahlandırırlar" “Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə, mənimlə şəkil çəkdirmək cinayətdirsə, biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa, ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa...
Dünya bazarında neftin qiyməti aşağı düşəndən sonra Azərbaycan iqtisadiyyatında yeni situasiya yaranıb. Manatın məzənnəsi dəyər itirir, infliyasiya artır, idxal məhsullarının qiymətləri bahalanır, vətəndaşların banklarla ciddi problemləri yaranır.  Son bir ildə Azərbaycanda 10-dan çox bank müflis olduğunu elan edib. Maliyyəçi Akşin İbişov admiral.az saytına müsahibəsində mövcud vəziyyət və ondan çıxış yollarından...
Rəşadət Axundov: "Əsl gülənçilər hakimiyyətin içində oturub" Azərbaycan gəncliyinin müasir siyasi fəal kəsimi üç ildir həbs dalğaları ilə üzləşir. Məsələn, yenilikçiliyə, düşünülmüş siyasi və mədəni dəyişikliyə iddialı NİDA Vətəndaş Hərəkatının aparıcı üzvləri mütəmadi həbs olunurlar. Həbs olunanlarla yanaşı, azadlığa çıxan üzvlər də var ki, onların həbs təcrübəsi və posthəbsxana dövrünün...
Türkiyədə iyulun 15-də baş vermiş çevriliş cəhdindən sonra Azərbaycan hökuməti bir neçə AXCP üzvünü "FETÖ" ilə əlaqələrdə və Fethullah Gülenə aid yayılması "məqsədəuyğun sayılmayan" kitab və diskləri daşımaqda ittiham edərək həbsə alıb. Media eksperti, professor Qulu Məhərrəmli vaxtı ilə Fethullah Gülenlə keçirdiyi görüşlərə görə adı Gülenə yaxın şəxs kimi hallanır. Cənab...
“Nə Tunisdə, nə Liviyada, nə də qəzəblənmiş kütlənin öz hökumətlərinə divan tutduğu ölkələrin heç birində strukturlaşmış, leqal müxalifət yox idi” AXCP sədri Əli Kərimli Meydan TV-yə gündəmdəki mövzularla bağlı müsahibə verib. Müsahibəni təqdim edirik. Növbəti müsahibimiz AXCP sədri Əli Kərimlidir. Hazırda partiya sədrinin müavini Fuad Qəhrəmanlı, müşaviri Məmməd İbrahim, Rəyasət Heyətinin üzvü, I...
REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Turan-a müsahibəsində referendum və  konstitusiya dəyişiklikləri, qurumun həbsdə olan rəhbərləri, təşkilata qarşı irəli sürülən ittihamlardan danışıb.  - REAL referendumda imzatoplama kampaniyasından çıxdığını elan edib. Səbəbi nədir? Ümumiyyətlə, REAL referendumun legitimliyini tanıyacaqmı?  - Referendum elan olunandan sonra REAL olaraq demişdik ki, referendumda iştirak edəcəyik. Çünki referendum...
Professor Cəmil Həsənli beynəlxalq münasibətlər tarixi üzrə dünyada tanınan mütəxəssisdir. Onun SSRİ-nin cənub sərhədləri boyunca sovet siyasəti seriyasından olan kitabları ABŞ-ın tanınmış Harvard Universitetində, Rusiyanın müxtəlif nəşriyyatlarında, Türkiyə və digər ölkələrdə nəşr edilib. Suriyadakı vəziyyətlə bağlı İranın öz ərazindən Rusiya aviasiyasına istifadə imkanı verməsi regionda yeni geo-strateji reallıqlar yaradıb....
Ölkə ictimaiyyəti tərəfindən tanınan, düşüncələrini, təəssüratlarını mütəmadi olaraq sosial şəbəkələrdə insanlarla paylaşan, müstəqil fikirli azsaylı həkimlərdən olan Vasif İsmayıl müsahibəsini təqdim edirik. Müsahibədə bir-birindən maraqlı fikirlər, baxışlar var.  "Fikrini ifadə etməyən insan ola bilməz"  - Vasif doktor, siz deyəsən Azərbaycanda yeganə həkimsiniz ki, sosial şəbəkədən aktiv istifadə edirsiniz. İctimai-siyasi vəziyyəti yaxından...