Azərbaycan Ədliyyə Nazirliyi növbəti dəfə Demokratiya və Rifah Partiyasının dövlət qeydiyyatından imtina edərək sənədləri geri qaytarıb.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Ədliyyə Nazirliyi öz qərarını qanuni nümayəndənin notarial qaydada təsdiq edilmiş imzasının olmaması ilə əsaslandırıb.
Lakin sənədlərdə qanuni nümayəndənin- partiyanın aparat rəhbəri Ellada Məmmədlinin və digər təsisçilərin imzaları olub. Bu...
Rusiya ukraynalı hərbi əsirləri mübadilə etməmək qərarına gəldiyini bildirib.
"Ukrainskaya pravda" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin açıqlama verib.
“Onları verməmək qərarına gəldik, lazımi məqamda razılaşdıq. Əks halda düşünürdülər ki, “təslim olacağıq və ailələrimizə geri dönəcəyik”. Yox, müvəqqəti saxlama təcridxanalarına, istintaq təcridxanalarına gedəcəklər”, - deyə...
Son iki gündə Ermənistanda bir, Qarabağda isə beş hərbçi Azərbaycana casusluqda ittiham edilərək həbs olunub.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, həbs edilmiş hərbi qulluqçu binalar, silahlar, hərbi zirehli texnika, döyüş və nəqliyyat vasitələrinin sayı və növləri, təlim keçirən kəşfiyyat və digər bölmələrin sayı və silahlanması və təlim məqsədləri barədə...
“Əgər Azərbaycan müharibə istəsəydi, Ermənistanın 30 il ərzində yerlə-yeksan etdiyi ərazilərin yenidən qurulması və bərpası üçün böyük səylər sərf edib, nəhəng işlər görməzdi”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 27-də səsləndirdiyi ittihamlara cavabında əks olunub.
Nazirlik hesab edir ki, Ermənistanın işğalçı siyasətinə rəğmən və Yerevanın...
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Amerika tərəfinin Qarabağı müzakirə etmək dəvətini qəbul etməyib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu özünün “Twitter” səhifəsində məlumat yayıb.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri həmkarları ilə müzakirələrin təşkili ilə bağlı danışıb.
“Təəssüf ki, rusiyalı həmsədr...
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Xəzər İbrahim Prezident Cozef Baydenlə görüşüb.
Bu barədə səfir tviter hesabında yazıb. "Təşəkkür edirəm Cənab Prezident", - Xəzər İbrahim sosial şəbəkə hesabında qeyd edib.
Diplomat görüşün təfərrüatlarını açıqlamayıb.
Bundan əvvəl Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdə olub və prezidentin köməkçisi də daxil olmaqla yüksək səviyyəli rəsmilərlə...
Yazıçı Seymur Baycanın yeni kitabı çap olunub.
“Mənim mübarizəm - 9” adlı kitabda müəllifin hekayələri, məqalələri, müsahibələri toplanıb.
Kitab “Alatoran” nəşriyyatında çap edilib.
II Qarabağ müharibəsi əlili Maşallah Gülağa oğlu Manafovun özünü asdığı deyilir.
Yaxınları hadisənin iyunun 16-da qazinin Sabirabad Rayon İcra Hakimiyyətinin binasından çıxdıqdan sonra baş verdiyini qeyd ediblər.
Sabirabad Rayon İcra Hakimiyyətindən M.Manafovun özünü asdığını təsdiləyiblər.
Amma Maşallah Manafovun Cavadkənd kəndində intihar etdiyi əlavə edilib.
Adının çəkilməsini istəməyən icra hakimiyyəti rəsmisi 1986-cı il təvəllüdlü...
Ermənistan bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoyarsa, Bakı da eyni şəkildə cavab verəcək. Azərbaycan prezidenti İlham Əliyev bu gün IX Qlobal Bakı Forumunun açılışındakı nitqində bu mesajı verib.
"Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına qoymağa davam edərsə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına qoymaqdan başqa seçimi qalmayacaq",...
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bugünkü çıxışı zamanıbildirib ki, Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan və üçüncü prezidenti Serj Sarkisyan, həmçinin onların orbitlərindəki siyasi partiyalar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıblar.
"Novosti Armeniya" nəşrinin məlumatına görə, Paşinyan əlavə edib ki, danışıqlar prosesinin bütün tarixi ərzində onlar Qarabağ barədə “heç...