Воскресенье, 11 апреля, 2021
"Amerikanın Rusiyaya qarşı münasibəti düşmən münasibətidir və bəzən gözlənilməz qərarlar alınır. Bu səbəbdən Rusiya Amerika ilə münasibətlərdə ən pis ssenariyə də hazırdır" Bu sözləri Rusiyanın paytaxtı Moskvada jurnalistlərin suallarını cavablandırarkən Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dimitri Peskov deyib. O bildirib ki, Rusiya heç kim üçün təhdid yaratnır. Rusiya Prezidenti Vladimir Putinin...
İtaliyannın Baş naziri Mario Draghi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "diktator" adlandırıb.  Draghi bunu Avropa Birliyi ölkələrinin liderlərinin Ankarada görüşü zamanı Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bir müddət ayaq üstə saxlanılmasını şərh edərkən deyib. "Ərdoğanın Ursula von der Leyenə qarşı davranışını pisləyirəm. Bu adekvat davranış deyil və bu alçaldıcı davranışa...
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib. Ölkədə son sutka ərzində 14 581, hazırkı dövrədək isə 2 977 593 test aparılıb. İndiyə qədər ümumilikdə 279 181 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3...
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən Azərbaycanda saxlanılan erməni əsgərlərlə bağlı kömək istəyib. 10 noyabr bəyanatından sonra Azərbaycan bölmələrinə hücum edən erməni əsgərləri Ermənistan əsir hesab edir və geri qaytarılmalarını istəyir. Azərbaycan tərəfi isə bu hücumun sülh bəyanatından sonra baş tutduğunu bildirərək, saxlanılanları terrorist adlandırır və Ermənistana...
Belarus prezidenti Aleksandr Lukaşenko bəzi ölkələrdə Belarus səfirliyinin qalmasının mənasız olduğunu bildirib. Lukaşenko bildirib ki, bəzi ölkələrdə uzun illər davam edən praktiki fəaliyyətimiz göstərir ki, bu ölkələrdə səfirlik saxlamağın mənası yoxdur.  O, diplomatiya sahəsində bu yaxınlarda Polşa və Litva ilə olduğu kimi qarşılıqlı şərtlər üzərində çalışmalı olduqlarını vurğulayıb. Xaricdə yeni qurumların...
Azərbaycanın tanınmış jurnalistləri Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb. Müraciət Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkarlanması ilə bağlıdır. Müraciətdə deyilir: “Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa...
Rusiyada fəaliyyət göstərən "Artdocfest" sənədli filmlər festivalına çeçen homoseksual haqda "Sakit səs" adlı filmin nümayişi təxirə salınıb. Bu haqda festivalın təşkilatçısı, məşhur rejissor Vitaliy Manski "Exo Moskvaya" müsahibəsində deyib. Manskinin sözlərinə görə bu qərara "şəraitin təzyiqi ilə" gəliblər. Onlar "Sakit səs" filminin yerinə Kseniya Oxapkinin "Ölümsüzlük" filmini göstəriblər. "Sakit səs" filmi...
Rusiya prezidenti Vladimir Putin dövlət başçısına yenidən prezidentliyə namizəd olma hüququnu verən qanunu təsdiqləyib. Seçki və referendumla bağlı qanunvericiliyi Rusiya konstitusiyasında edilən dəyişikliklərlə uyğunlaşdıran qanun layihəsini Putin imzalayıb. Qanuna görə, eyni şəxsin Rusiya prezidenti vəzifəsini tuta biləcəyi müddət sayının limiti mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq...
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb. Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər. Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə...
Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü, qurumun Kadrlar və hərbi-təhsil siyasəti baş idarəsinin təhsil şöbəsinin müdiri Artsrun Ovannisyan tutduğu vəzifədən istefa verib. A.Ovannisyan təxminən bir həftə əvvəl istefa ərizəsini yazıb. İlkin məlumata görə, buna səbəb yeni müdafiə naziri Vaqarşak Arutyunyanla fikir ayrılığı olub. Qeyd edək ki, Artsurun Ovannisyan ikinci Qarabağ müharibəsi dövründə Ermənistan...