1990-1995-ci illərdə Azərbaycan parlamentinin üzvü olmuş, istiqlalçı millət vəkili Məryəm Həsənova iyulun 29-da vəfat edib.
Azərbaycanın Müstəqillik Aktına imza atan 43 istiqlalçı deputatdan biri, Müsavat Partiyasının Məclis üzvü Məryəm Həsənova Siyəzən rayonunda yataqxanada yaşayırdı.
1990-cı ildə Siyəzən rayonundan deputat seçilən Məryəm Həsənova həmin dövrdə məktəb direktoru işləyib. Ali Sovetin “Demokratik Blok”...
Biz Azərbaycan və İran arasındakı gərginliyi yaxından izləyirdik və bu vəziyyətdən çox narahat idik.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib.
Onun sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, həm Rusiya, həm də İranla həmsərhəddir və bu coğrafi şərait bəzən problemlər yarada bilir: “Çox şadıq ki, artıq vəziyyət sabitləşib. Görünən odur...
Yaponiya hökuməti Azərbaycana yeni səfir təyin edib.
APA-nın “The Mainichi” nəşrinə istinadən verdiyi məlumata görə, bu vəzifəyə Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin sabiq baş direktoru Teruyuki Katori təyinat alıb.
T.Katore bu postda 2013-cü ildən Yaponiyanın Bakıdakı səfiri olan Tsuqui Takahaşini əvəz edəcək.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda səfərdə olan həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda iyunun 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşüb.
Azərbaycandakı ictimai-siyasi durum, insan haqları, ifadə azadlığı və, siyasi məhbus sayılan şəxslərin məsələsi görüşün əsas müzakirə mövzuları...
AXCP sədri Əli Kərimli həbsdə olan qaynı Elnur Seyidovun həyatı çox ciddi təhlükənin olduğu ilə bağlı sosial şəbəkədə məlumat paylaşıb. Partiya sədri ictimaiyyətdən xahiş edib ki, informasiyanı çox insan paylaşsın, çünki insan həyatı təhlükədədir:
"Rejimin mənə görə həbs edib, girov götürdüyü qaynım Elnur Seyidovun həyatına real təhlükə yaranıb. Elnur 13...
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 5-də davam edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Abzas.net xəbər verir ki, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri də cəlb...
Bakı Apellyasiya Məhkəməsində “Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun apellyasiya şikayətinə baxılıb.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Cavad Cavadlı bildirib. Məhkəmə şikayəti təmin etməyib.
Bir müddət əvvəl Nəsimi rayon Məhkəməsində Ə. Orucovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Şikayət həmin qərardan verilib.
Qeyd...
Bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndəriləcək.
380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.
Təyyarə saat 09.00-da havaya qalxacaq.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.
Bundan...
Son iki-üç ildə xeyli sovet filmlərinə baxdım. Filmlərin əksəriyyətinə uşaqlıq və yeniyetməlik dövrümdə baxsam da aydın məsələdir ki, o vaxtın baxmağı ilə indinin baxmağı eyni şey ola bilməz. Filmlərə baxmaqla bərabər rejissorların və aktyorların tərcümeyi-halı ilə tanış olur, filmin niyə və necə, hansı şəraitdə çəkilməsi barədə də mətnlər oxuyurdum. Beləcə xeyli maraqlı mətləblərdən, söhbətlərdən agah oldum. Sovet dövründə çəkilmiş elə filmlər var ki, tam öz dövrünün ab-havasını, ictimai-siyasi vəziyyətini özündə əks etdirir. Qətiyyən belə bir iddia etmirəm rejissorlar ...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü və “Azadlıq” qəzetinin əməkdaşı Aqil Məhərrəmli Xəzər rayon məhkəməsinin onun vaxtından əvvəl azad edilməsi barədə müraciətinə baxılmasını uzatmasından şikayət edir.
Məhərrəmli artıq vaxtından əvvəl şərti azadlığa buraxılması xahişi ilə məhkəməyə müraciət edib. Amma məhkəmə müraciətə baxmır və cavab vermir. Məhərrəmli hüquq müdafiəçilərini və fəalları...