Cümə axşamı, 23 Mart, 2023
"Fərrux kəndinin Azərbaycan Ermənistan sərhədinin delimitasiyası prosesi ilə əlaqəsi yoxdur". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Zaxarova bildirib ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Fərrux kəndi ilə heç bir əlaqəsi yoxdur. "Ümid edirik ki, komissiyanın fəaliyyətə...
ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Kara Makdonald Azərbaycana gəlib. İyunun  13-15-də o, dövlət məmurları , hüquq müdafiəçiləri, müstəqil KİV-lərin və siyasi partiyaların nümayəndələrilə görüşlər keçirəcək. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir. Makdonald Dövlət Departamentində Avropa, Cənub və Mərkəzi Asiya Bürosunun işinə, həmçinin çoxtərəfli məsələlər...
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu il iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. “Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək...
RF XİN başçısı Sergey Lavrovun Ermənistan və Azərbaycan yolları açıldıqdan sonra bu yollarda yerli qanunların tətbiq ediləcəyi barədə bəyanatı Yerevanda açıq-aşkar narahatlıq doğurub. İkinci gündür ki, ekspertlər və siyasətçilər dəmir yolunda hansı rejimin tətbiq ediləcəyini, rüsumları, yolları kimin qoruyacağını, kimin - Ermənistanın, yaxud Azərbaycanın daha çox mənfəət əldə edəcəyini şərh...
İyunun 9-da Ermənistanın paytaxtı Yerevanda Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Arorat Mirzoyanla birlikdə mətbuat konfransı olub. Jurnalistlərin suallarını cavablandıran Lavrov bildirib ki, Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyət Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcək. Bu fikirlər Azərbaycanda birmənalı qarşılanmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi məlumat...
İyunun 9-da Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla 2020-ci il noyabrın 10-u və 2021-ci il yanvarın 26-da Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında əldə olunmuş razılaşmaların icrasını müzakirə edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. M.Zaxarova əlavə edib ki, nazirlər ikitərəfli...
Azərbaycan Prezidenti İlham Əliyev ötən ay bir sıra məhkum edilmiş şəxslərin, o cümlədən bəzi siyasi məhbusların əfv edilməsi haqqında sərəncam imzalayıb. Amnesty International təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze Amerikanın Səsinə müsahibəsində bu əfv sərəncamının Azərbaycanda insan hüquqları vəziyyətinə təsirlərini dəyərləndirib. "Hesab edirəm ki, ilk dəfə deyil ki, bu...
Vaşinqton hesab edir ki, Azərbaycan və Ermənistan sülh axtarışında və münasibətlərin normallaşması istiqamətində irəliləmək üçün real imkanlara malikdir. Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Karen Donfrid bildirib. “Hesab edirəm ki, indi real ümid var ki, Azərbaycan və Ermənistan bu münasibətlərin normallaşması, sülh yolu...
Açılan bütün nəqliyyat infrastrukturları və yollar ərazisindən keçdikləri ölkənin suverenliyi və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlidir. Bu barədə bazar ertəsi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. "Belə bir ortaq fikir mövcuddur ki, bütün açılan nəqliyyat infrastrukturu, avtomobil və dəmir yolları ərazisindən keçdikləri ölkənin suverenliyi və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlidir", deyə...
Ermənistan hökuməti hərbi təhsilini bitirib Silahlı Qüvvələrdə qulluq etməyə başlayan zabitlərə dərhal mənzil təqdim etmək haqqında qərar layihəsini qəbul edib. Hərbçi mənzildə yaşaya və ya (məsələn, hərbi hissəsi başqa yerdə olduğu halda) onu icarəyə verə bilər, lakin sata bilməz. Hərbidə 20 il xidmət göstərdikdən və ya səhhəti səbəbindən istefaya çıxdıqdan sonra...