Cümə, 20 May, 2022
Yeni həbs olunan nidaçı Bayram Məmmədov və siyasi fəal Qiyasəddin İbrahimovla bağlı Nida Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Ülvi Həsənli məlumat verib. Kanal13-ə müsahibə verən Ülvi Həsənlinin çıxışından qısa başlıqları təqdim edirik: "İnsanlara normal siyasi özünü ifadə mühiti yaratsalar onlar bu yola el atmazlar". "Uşaqlar özləri etiraf edənə qədər biz bilmirdik ki,...
"Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, - o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar,- mənim sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur”. Azərtac-ın xəbərinə görə, prezident İlham Əliyev bunu yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan...
Mayın 4-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığındakı üzvlük məsələsinə baxılıb. Səsvermə nəticəsində Rəhbər Komitənin 22 üzvündən 16-ı lehinə, 3-ü əleyhinə, 3-ü isə bitərəf olmaqla Azərbaycanın statusu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilib. Bu barədə Turan-a Mədən...
Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da mitinq keçirmək haqda qərar qəbul edib. Bu barədə Abzas.net-ə Milli Şuranın sədri Cəmil Həsənli bildirib. Onun sözlərinə görə, mitinq üçün paytaxt rəhbərliyinə müraciət olunub. Cəmil Həsənli Bakı Şəhər İcra Hakimiyyətinə göndərdikləri xəbərdarlıq müraciətlərində aksiyanın "Məhsul” stadionu və "Ulduz” metrosunun qarşısındakı meydanı göstərdiklərini deyib. Milli Şura sədri bildirib...
ABŞ və Avropadan bir qrup jurnalist və hüquq müdafiəçisi Azərbaycanı həbsdə olan bloger Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. "Söhbət hökumətin tənqidçilərini susdurmaqdan gedəndə Azərbaycan hakimiyyəti sərhəd tanımır", deyə yanvarın 10-da Vaşinqtonda PEN America klubuna rəhbərlik edən Tomas Melia bildirib. Tədbirdə çıxış edən ABŞ dövlət katibinin demokratiya və insan...
Mərkəzi Seçki Komissiyası (MSK) bu il sentyabrın 26-da keçiriləcək referendumda MSK nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin olunması barədə qərar qəbul edib. Referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər sənədlər müvafiq seçki (referendum) komissiyasına təqdim olunmalıdır. İmza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan...
Bu qısa film öz dövrünün ən mübariz gənclərindən sayılan və 2014-cü ildən 8 il müddətinə azadlıqdan məhrum edilən İlkin Rüstəmzadəni sizə daha yaxından tanıdacaq. İlkin Rüstəmzadə 1992-ci il avqustun 2-də Gəncə şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakultəsinə daxil olub. İlkin bu universiteti bitirə bilməyib....
Yazıçı Əkrəm Əylisli barəsində başlanan cinayət işi başqa maddəyə tövsif edilib. Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, bu gün Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olublar: “Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə qaldırılmış cinayət işi Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq...
RF XİN rəhbəri Sergey Lavrovun Yerevana səfərinin və danışıqlarının nəticələri siyasi müşahidəçilərin diqqət mərkəzindədir. Lakin informasiya qıtlığı dəqiq nəticələrə gəlməyə imkan vermir. Bununla belə, aydındır ki, Lavrov Bakıda söylədiklərini Yerevanda da təkrar edib – Qarabağ ətrafında ərazilərin Qarabağın statusu ilə mübadiləsi. Bu fikri “Kommersant” qəzeti də Lavrovun nümayəndə heyətindəki mənbəyə...
Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyov 3 il azadlıqdan məhrum edildi və cəza şərti hesab olunaraq, məhkəmə zalından azadlığa buraxıldı. Azadlıq Radiosunun verdiyi məlumata görə, ona verilən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham 234.1-ci maddəyə tövsif edildi. Məhkəmə N.Ağabəyovun narkotik vasitəni satış məqsədilə əldə etdiyinin sübuta yetirilmədiyi qənaətinə...