Çərşənbə, 18 May, 2022
"Azadlıq" qəzetinin direktoru Faiq Əmirov naməlum şəxslər tərəfindən izlənildiyini bildirib. Bu barədə "Azadlıq" qəzeti məlumat yayıb. F.Əmirov iyulun 2-i öz maşını ilə işə gedərkən qara rəngli, 90 CD 674 nömrə nişanlı "Hundai Accent" markalı avtomobillə təqib olunduğunu müşahidə edib. Avtomobildəkilər F.Əmirovu bütün hərəkət traektoriyası üzrə təqib edib, F.Əmirov dayananda isə dayanıb onu...
RF XİN rəhbəri Sergey Lavrovun Yerevana səfərinin və danışıqlarının nəticələri siyasi müşahidəçilərin diqqət mərkəzindədir. Lakin informasiya qıtlığı dəqiq nəticələrə gəlməyə imkan vermir. Bununla belə, aydındır ki, Lavrov Bakıda söylədiklərini Yerevanda da təkrar edib – Qarabağ ətrafında ərazilərin Qarabağın statusu ilə mübadiləsi. Bu fikri “Kommersant” qəzeti də Lavrovun nümayəndə heyətindəki mənbəyə...
Avropa İnsan Haqları Məhkəməsi iyulun 21-də Azərbaycanla bağlı daha 18 iş üzrə öz qərarını elan edəcək. Bu barədə vəkil Əsabəli Mustafayev açıqlama yayıb. Vəkilin açıqlamasında deyilir ki, onun elektron poçtuna Avropa Məhkəməsindən məktub gəlib. Məktubda bildirilir ki, Əsabəli Mustafayevin apardığı daha 18 iş üzrə 21 iyul tarixində qərarlar elan olunacaq. Bu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Bakıya işgüzar səfərə gələcək. Bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. Səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparacaq.
Hüquq müdafiəçiləri bəyanat yayıb Keçmiş siyasi məhbuslar, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair birgə açıqlama yayıblar. Bəyanatda deyilir ki, son illər ölkədə daha da kütləviləşən siyasi təzyiqlər nəticəsində insan hüquqları və demokratiya sahəsində dərinləşən böhranın nəticələrindən ciddi narahatlıq keçirərək, ölkədə tezliklə əhəmiyyətli siyasi tədbirlərin həyata...
Mayın 4-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığındakı üzvlük məsələsinə baxılıb. Səsvermə nəticəsində Rəhbər Komitənin 22 üzvündən 16-ı lehinə, 3-ü əleyhinə, 3-ü isə bitərəf olmaqla Azərbaycanın statusu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilib. Bu barədə Turan-a Mədən...
“İlham Əliyev və onun ailə üzvlərinə qarşı korrupsiya ittihamlarına aydınlıq gətirilməlidir” Milli Şura ölkə rəhbərliyinin “Panama sənədəri” ilə bağlı açıqlama verməsini tələb edir. Qurumun Koordinasiya Mərkəzinin aprelin 15-də keçirilən toplantısında bildirilib ki, ölkə başçısı İlham Əliyevin və onun ailə üzvlərinə qarşı korrupsiya ittihamlarına aydınlıq gətirilməlidir. Bu barədə azadlıq.info məlumat yayıb. Toplantıda həmçinin...
"Biz jurnalist Xədicə İsmayılın həbsdən buraxılmasından məmnunuq. Ancaq təəssüf ki, onun ölkədən çıxışına əngəllər var. Bunun nəticəsində o, bizim konfransa da qatıla bilməyib". "Azadlıq" radisonun verdiyi məlumata görə, bu sözləri ATƏT-in media azadlığı ofisinin rəhbəri Dunja Mijatović Gürcüstan paytaxtı Tbilisidə keçirilən 13-cü Cənubi Qafqaz Media Konfransının açılış mərasimində deyib. D.Mijatović Cənubi Qafqazda...
Araşdırmaçı jurnalistlər Richard Baker və Nick McKenzie Avstraliyanın “The Sidney Morning Herald” yazırlar ki, Panama sənədləri ilə Unoal şirkətinin serverlərindən sənəd sızması az qala eyni vaxta təsadüf edib. Lakin Avstraliya və Yeni Zelandiyanınn ən böyük media qrupu Fairfax Media tərəfindən əldə olunmuş e-maillər göstərir ki, bu təsadüf elə başlandığı yerdə də qurtarır. Çünki bu yazışmalardan bəlli olur...
İnsan haqları pozuntularını, Avropa İnsan Haqları Məhkəməsində müxalif fəalların, siyasətçilərin şikayətlərini müdafiə edən vəkillərdən biri Əsabəli Mustafayevə qarşı təzyiqlər başlayıb. Bu barədə tanınmış vəkil sosial şəbəkədə məlumat yayıb. Əsabəli Mustafayev təzyiqlərin Avropa Məhkəməsində Azərbaycanla bağlı son vaxtlar çıxan çox sayda qərardan sonra başladığını qeyd edib və açıqlamasını "Avropa Məhkəməsinin dünənki qərarlarının...