Bazar ertəsi, 23 May, 2022
Bu gün, aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində Pərvin Salahov piyada əleyhinə minaya düşüb. Bu barədə Laçın rayon Prokurorpuğunun yaydığı məlumatda deyilir. Laçın rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə işləyən Pərvin Salahov ağır dərəcəli bədən...
Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov haqqında hökm dəyişib. Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyilə çıxarılan qərara əsasən, onun cəzası 11 ildən 5 il 6 aya endirilib. Hakimlər onun tərəfindən yeyinti nəticəsində dövlətə dəymiş 5 milyon 338 min 615...
Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib. Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. Dövlət başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı,...
Aprelin 28-də “Azersun Sənaye Parkı”nda baş verən yanğında xəsarət almış 9 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Bu barədə TƏBİB açıqlama yayıb. Məlumata görə, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb, hazırda 2 nəfər xəstəxanadadır. Bildirilir ki, hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə...
Aprelin 29-dan etibarən Azərbaycanın Ukraynadakı səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. XİN bildirib ki, səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir: "Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24 Telefon: +380 44 484 69 40 Faks: +380 44 484 69 32 Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən...
Aprelin 27-də Ermənistanın paytaxtı Yerevanda müxalifətin etiraz aksiyaları davam edib. Mitinq artıq ikinci gündür ki, keçirilib. ˝Müqavimət˝ hərəkatı Nikol Paşinyan hökumətini Azərbaycanın bütün Dağlıq Qarabağ ərazisi üzərində suverenliyini tanıyaraq onunla saziş imzalamaq niyyətində olmaqda ittiham edir. Müxalifətin fikrincə, hadisələrin bu cür inkişafının qarşısını Paşinyanın ictimai təzyiq altında istefası ilə...
Aprelin 28-də Bakıda ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlərinin görüşü keçirilib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama yayıb. Məlumata görə, səfirlər Li Litzenberger (Azərbaycan), Kelli Deqnan (Gürcüstan) və Linn Treysi (Ermənistan), dövlət katibinin köməkçisinin müavini Erik Olson, Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şofer, Avropa və Avrasiyaya yardım...
Milli Məclisin deputatı, Real Partiyasının nümayəndəsi Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında çıxış edib. Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında 6 deputat təmsil etsə də, Rusiya əleyhinə qətnaməyə yalnız ReAl Partiyasının üzvü olan Erkin Qədirli səs verib. O, həmçinin çıxış edərək Rusiyanın işğalçı siyasətini tənqid edib və Ukraynaya dəstək...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer,...
Rusiya Azərbaycanın Caliber.az saytını ölkə ərazisində bloklayıb. Bu barədə qərarı Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) verib. Saytın bloklanmasının səbəbi aydın olmasa da, Rusiya bir qayda olaraq ölkə maraqlarına xidmət etməyən informasiyalar yayan xarici rusdilli saytları bloklayır. Bundan əvvəl Azərbaycanın haqqin.az, virtual.az, minval.az, musavat.com, oxu.az...