Çərşənbə, 18 May, 2022
"Biz jurnalist Xədicə İsmayılın həbsdən buraxılmasından məmnunuq. Ancaq təəssüf ki, onun ölkədən çıxışına əngəllər var. Bunun nəticəsində o, bizim konfransa da qatıla bilməyib". "Azadlıq" radisonun verdiyi məlumata görə, bu sözləri ATƏT-in media azadlığı ofisinin rəhbəri Dunja Mijatović Gürcüstan paytaxtı Tbilisidə keçirilən 13-cü Cənubi Qafqaz Media Konfransının açılış mərasimində deyib. D.Mijatović Cənubi Qafqazda...
Araşdırmaçı jurnalistlər Richard Baker və Nick McKenzie Avstraliyanın “The Sidney Morning Herald” yazırlar ki, Panama sənədləri ilə Unoal şirkətinin serverlərindən sənəd sızması az qala eyni vaxta təsadüf edib. Lakin Avstraliya və Yeni Zelandiyanınn ən böyük media qrupu Fairfax Media tərəfindən əldə olunmuş e-maillər göstərir ki, bu təsadüf elə başlandığı yerdə də qurtarır. Çünki bu yazışmalardan bəlli olur...
İnsan haqları pozuntularını, Avropa İnsan Haqları Məhkəməsində müxalif fəalların, siyasətçilərin şikayətlərini müdafiə edən vəkillərdən biri Əsabəli Mustafayevə qarşı təzyiqlər başlayıb. Bu barədə tanınmış vəkil sosial şəbəkədə məlumat yayıb. Əsabəli Mustafayev təzyiqlərin Avropa Məhkəməsində Azərbaycanla bağlı son vaxtlar çıxan çox sayda qərardan sonra başladığını qeyd edib və açıqlamasını "Avropa Məhkəməsinin dünənki qərarlarının...
“İlham Əliyev və onun ailə üzvlərinə qarşı korrupsiya ittihamlarına aydınlıq gətirilməlidir” Milli Şura ölkə rəhbərliyinin “Panama sənədəri” ilə bağlı açıqlama verməsini tələb edir. Qurumun Koordinasiya Mərkəzinin aprelin 15-də keçirilən toplantısında bildirilib ki, ölkə başçısı İlham Əliyevin və onun ailə üzvlərinə qarşı korrupsiya ittihamlarına aydınlıq gətirilməlidir. Bu barədə azadlıq.info məlumat yayıb. (ardı...
Bu qısa film öz dövrünün ən mübariz gənclərindən sayılan və 2014-cü ildən 8 il müddətinə azadlıqdan məhrum edilən İlkin Rüstəmzadəni sizə daha yaxından tanıdacaq. İlkin Rüstəmzadə 1992-ci il avqustun 2-də Gəncə şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakultəsinə daxil olub. İlkin bu universiteti bitirə bilməyib....
Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyov 3 il azadlıqdan məhrum edildi və cəza şərti hesab olunaraq, məhkəmə zalından azadlığa buraxıldı. Azadlıq Radiosunun verdiyi məlumata görə, ona verilən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham 234.1-ci maddəyə tövsif edildi. Məhkəmə N.Ağabəyovun narkotik vasitəni satış məqsədilə əldə etdiyinin sübuta yetirilmədiyi qənaətinə...