Cümə axşamı, 30 İyun, 2022
"Ermənistan ərazisində de-yure Azərbaycan anklavları yoxdur", bu barədə baş nazir Nikol Paşinyan bu gün parlamentdə hökumət saatı zamanı deyib və əlavə edib ki, Ermənistanın (Başkənd) Artsvaşen anklavının Azərbaycan ərazisində olması ilə bağlı hüquqi əsaslar var. “Biz indiyədək araşdırmalarımızda Ermənistan ərazisində de-yure Azərbaycan anklavlarının olduğunu qeydə almamışıq və əksinə, Artsvaşenin de-yure...
Bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov qarşı tərəfə təhvil verilib. “Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 22-də Brüsseldə üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq və Rusiya sülhməramlı kontingentinin komandanı,...
Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov yaxın vaxtlarda Ermənistan tərəfinə təhvil veriləcək. Bu barədə Caliber.Az saytının yaydığı məlumatda qeyd olunur.  Eduard Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. Erməni əsgərinin təhvil verilməsi Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Ağdamda baş tutacaq. Azərbaycan tərəfinin...
24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. Bu barədə Azərbaycan Xarici...
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyalarının yaradılması ilə bağlı müvafiq qərarlar veriblər.  Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olunub. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, eləcə də xarici işlər, daxili işlər, ekologiya və təbii...
Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüş yarım ildə 3-cü dəfədir ki, bu formatda baş tutur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşdən sonra verdiyi bəyanatda qeyd edib ki, onlar əsas diqqəti...
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: "Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik edirəm. Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində...
"Rəsmi Yerevan ümid edir ki, nə vaxtsa Ermənistan və Azərbaycan sülh mövzusu ətrafında ortaq məxrəcə gələcəklər". Azatutyun radiosunun sualını cavablandıran Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün hökumətin iclasından sonra bunu bəyan edərək, sülh gündəliyinin birtərəfli ola bilməyəcəyini vurğulayıb. Qriqoryan Yerevanın Azərbaycan və Ermənistanın təklif etdiyi paketlərin birləşdirilməsi və...
İran Azərbaycanının Muğan (Parsabad) şəhərində "Buta" muğam musiqi qrupunun konsertinin ləğv edildiyi bildirilir. Bu barədə musiqi qrupunun rəhbəri Əşkan Əhmədi öz İnstagram səhifəsində məlumat verib. O bildirib ki, muğam musiqi qrupunun konsertinin biletlərini satın alan vətəndaşların pulları hesablarına geri qaytarılacaq. "Ətəkyazı" saytı mayın 17-də keçirilməsi planlaşdırılan Buta muğam musiqisi qrupunun konsertinin...
Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü keçiriləcək. Bu barədə cümə axşamı, mayın 19-da Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bu, belə formatda üçüncü görüş olacaq. İlk görüş 2021-ci ilin dekabrında, ikinci görüş bu ilin aprelində...