Bazar, 21 Aprel, 2019
Sentyabrın 26-da ölkəmizdə keçiriləcək Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq. Bu haqda Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında məlumat verilib. İclasda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edilib. MSK-nın katibi Arifə Muxtarova açıqlaması zamanı qeyd...
Konstitusiyaya təklif edilən düzəlişlər Azərbaycanda xalq hakimiyyəti prinsipini daha da məhdudlaşdırır. Bu fikri Turan agentliyinin Çətin Sual verilişinə müsahibəsində məşhur hüquqşünas, Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında 1991-ci il Konstitusiya Aktının müəlliflərindən biri olan Fuad Ağayev bildirib. Düzəlişlər qəbul edilərsə, ictimai özbaşınalığı və ədalətli mühakimənin olmamasını nəzərə alaraq, bu, yalnız mənfi...
Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçiriləcək referendumla bağlı bəzi normativ aktlara dəyişiklikləri müzakirəyə çıxarıb. MSK katibi Arifə Muxtarova bildirib ki, referendumun hazırlanıb keçirilməsi üçün müvafiq normativ aktlara dəyişiklik edilməsi zərurəti yaranıb. MSK 6 normativ xarakterli akta dəyişikliyi müzakirəyə çıxararaq qəbul edib. İclasda həmçinin 3 və 29 iyun 2016-cı il tarixli iclasların protokolları təsdiq...
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə referendum keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq və kütləvi informasiya vasitələrində dərc ediləcək (layihə əlavə olunur). Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib. Mərkəzi Seçki Komissiyasına...
Qarabağ münaqişəsində vasitəçiliyin nəzəri, amma həm də çox praktiki boyutlarından biri – axtarılan həllə uyğun olacaq siyasi rejim tipinin müəyyənləşdirilməsidir. Sovet dağılan anda yeniyetmə dövrünü yaşayan demokratik rejimlər münaqişənin savaşa sürüklənməsinin qarşısını ala bilməyərək ziddiyyətli düşüncələrə yol açdılar, halbuki demokratik idarə üsulunun həm Ermənistan, həm də Azərbaycanda geriləməsi davamlı atəşkəslə...
Azərbaycanın ictimai-siyasi həyatında son dövrlər əsas müzakirə olunan mövzulardan biri referendumun məsələsidir. 18 iyul 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə Konstitusiya Məhkəməsinin Plenumu bu gün...
YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin iyunun 25-də keçirilən ümumrespublika müşavirəsində əsas müzakirə mövzusu bu referendum olub. Müşavirə haqda xəbəri partiyanın saytı yayıb. Maraqlıdır ki, ümumrespublika müşavirəsi Konstitusiya Məhkəməsinin Konstitusiyaya dəyişiklik təkliflərini bəyənməsindən dərhal sonra baş tutub. Müşavirəyə hakim partiyanın bütün rayon təşkilatları rəhbərləri qatılıblar. Müşavirə partiyanın icra katibi, baş nazirin müavini...
İyulun 25-də Konstitusiya Məhkəməsinin Plenumu prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında” Referendum Aktının layihəsinə müsbət rəy verib. Referendun aktının layihəsi 29 maddədən ibarətdir. Layihəyə görə, dövlət qulluqçuları insan hüquq və azadlıqlarına vurduqları ziyana görə yalnız mülki məsuliyyət daşıyacaqlar. Referendum aktı layihəsinə görə,...
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının xüsusi iclası keçirilib. İclasda prezidentin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması müzakirə olunub. Uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və...
Demokratik Qüvvələrin Milli Şurası “Nardaran hadisələri” çərçivəsində həbs edilən, qeydə alınmamış “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadədən işgəncə yolu ilə Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin əleyhinə ifadə alınması cəhdlərinə dair bəyanat yayıb. Müəlliflər 2015-ci il  noyabrın 26-da Nardaranda Azərbaycan tarixinə qara ləkə kimi düşəcək hadisənin baş...