Bazar, 18 Avqust, 2019
İqtisad Məhkəməsində AzadlıqRadiosu Bakı bürosunun mənfəət vergisini ödəməməsi ilə bağlı 2016-cı ildə tərtib edilən aktdan və çıxarılan qərardan verdiyi şikayətə baxışın hazırlıq iclası keçirilib. Bu barədə vəkil Adil İsmayılov jurnalistlərə açıqlama verib. A.İsmayılov şikayətin məzmunu ilə bağlı danışıb: "AzadlıqRadiosu-nun Bakı bürosunda 2015-ci ildə vergi yoxlaması aparılıb və yazılmış akta görə qərar...
“Qarşıdan gələn referendum ilə bağlı Mərkəzi Seçki Komissiyasının diqqət mərkəzində dayanan məsələlərdən biri də seçici siyahısı ilə işdir. Seçici siyahıları çox mühüm seçki sənədi olmaqla, il boyu fasiləsiz olaraq işlənilir, yenilənir və seçki komissiyaları tərəfindən ictimailəşdirilir. İnamla demək olar ki, cari ilin mayında Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş...
Bu gün Müsavat Partiyası Məclisinin növbədənkənar toplantısında referendumla bağlı təşəbbüs qrupunun yaradılması haqqında qərar qəbul olunub. Bastainfo.com saytının verdiyi məlumata görə, eyni zamanda “Respublika” təşəbbüs qrupunun təsis yığıncağı keçirilib. Müsavatın seçki qərargahının sədri Gülağa Aslanlı 40-dan artıq rayonda ilkin təşəbbüs qruplarının yaradıldığı və 200-dən artıq nümayəndənin seçildiyini, onların bu toplantıda...
Vicdan məhbusu, N!DA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin 24-cü doğum günü münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib. Ə.Kərimli təbrikini "facebook" səhifəsində paylaşıb: "İlkin Rüstəmzadəni unutmamısınız? “Əsgər ölümlərinə son!” mitinqinin təşkilatçısı olan, cəsarətli, intellektual, əqidəli İlkini. İlkin bəy 4-cü ad gününü həbsxanada qeyd edir, bu gün 24 yaşı olur. Ömrünün...
Bu gün Səbail Rayon Məhkəməsində Natiq Kərimovla bağlı məhkəmə prosesi keçirilib. Prosesdə istintaq orqanı tərəfindən N.Kərimov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin yenidən uzadılması barədə verilən təqdimata baxılıb. Bu barədə N.Kərimov özü məlumat verib. Onun sözlərinə görə, məhkəmə istintaq orqanının verdiyi təqdimatı təmin edib və N.Kərimov barəsində seçilmiş ev dustaqlığının müddəti...
Rusiya Prezidenti Vladimir Putin avqustun 8-də Bakıya səfər edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan, İran və Rusiya liderlərinin ilk üçtərəfli iclasında iştirak etmək üçün Bakıya gələcək. Vladimir Putin, Əliyev və İran Prezidenti Həsən Ruhaninin beynəlxalq və regional siyasət, enerji...
Bir qrup QHT və mətbuat orqanı rəhbəri Azərbaycan Açıq Hökümət Tərəfdaşlıq Platforması (AAHTP) yaratmaq təşəbbüsü ilə çıxış edib. 22 fəalın qəbul etdiyi müraciətdə xatırladılır ki, 2011-ci ildə Azərbaycan Açıq Hökümət Tərəfdaşlığına ilk qoşulanlardan biri olub. Bu beynəlxalq təşəbbüsü dəstəkləyən 70 ölkə açıq və səmərəli idarəetmə sistemindən istifadə etmək, mülki təhsili genişləndirmək,...
Baş Prokurorluğun üzərinə "Panama Papers"i araşdırmaq vəzifəsi qoyan qərar çıxarılması istənilir Müsavat Partiyası “Panama Papers”in araşdırılması ilə bağlı müraciətlərinə reaksiya verilmədiyinə görə, baş prokuror Zakir Qaralovu məhkəməyə verib. Bu barədə Azadlıq Radiosu partiyanın hüquqi nümayəndəsi, vəkil Nemət Kərimliyə istinadən məlumat yayıb. Səbail Rayon Məhkəməsinə təqdim olunan iddia ərizəsində bildirilir ki, aprel-may aylarında dünya...
2 avqust nidaçı vicdan məhbusu İlkin Rüstəmzadənin doğum günüdür. O, artıq 4-cü ildir ki doğum gününü həbsxanada keçirir. Onun 24 yaşı tamam olur. İ.Rüstəmzadə 1992-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə həmin şəhərdə 20 nömrəli məktəbdə, daha sonra Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəbdə təhsil alıb. 2009-cu ildə orta...
AXCP Sumqayıt Gənclər Təşkilatının sədri Ruslan Qarayevin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayevin müvəkkili ilə görüşməsinə yenə icazə verilməyib. Vəkil bildirib ki, iyulun 30-da o, saatlarla Sumqayıt Polis İdarəsinin binası qarşısında dayanmaq məcburiyyətində qalıb. "Bununla artıq dördüncü dəfədir ki, Ruslan Qarayevlə görüşməyimə icazə vermirlər. Sonuncu dəfə iyulun 25-də onunla görüşməyimə icazə...