Bazar ertəsi, 13 İyul, 2020
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai şöbəsi Gənclər Komitəsinin fəalı Məsud Rzalı avqustun 29-da azadlığa buraxılıb. M.Rzalı avqustun 12-də saxlanılaraq, polisə müqavimətdə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası almışdı. Ancaq onun vaxtından əvvəl buraxılmasının səbəbi izah edilmir. Cəbhəçi fəal saxlanarkən partiya yoldaşları bunu onun sosial şəbəkələrdəki statusları ilə izah etmişdilər
Bu gün tanımış jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həbsindən bir il ötür. Seymur Həzi 1982-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. 1999-cu ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi alıb. AMEA-nın Fəlsəfə İnstitutunun aspirantıdır. 2000-ci ildən AXCP-nin üzvü, 2005-ci ildən 2008-ci ilə qədər...
Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasının (MSK) "Respublika" təşviqat qrupunu qeydə almaması ilə bağlı qərarından məhkəməyə şikayət edəcək. Bu haqda Müsavat başqanı Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, məhkəməyə müraciət hazırlanır. "Hüquqşünaslar şikayəti hazırlayırlar. Bu gün şikayəti məhkəməyə təqdim edəcəyik", - deyən A.Hacılı imzaların etibarlılığına əmin olduqlarını bildirib. O, təşəbbüs qrupunun qeydə alınması...
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində olan cinayət işinin materialları ilə tanış olmanı dayandırıb. Akif Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, müvəkkilinin səhhəti ağır olduğu üçün cinayət işinin materialları ilə tanış ola bilmir: “Bilirsiniz ki, Akif Çovdarov bir...
İran Xarici İşlər Nazirliyi Cavad Cahangirzadəni Azərbaycana yeni səfir təyin edib. İran Prezidenti Həsən Ruhani dünən ölkənin yeni təyin olunmuş yeddi səfiri, o cümlədən Cavad Cahangirzadə ilə görüş keçirib. Səfirin ölkəmizdə vəzifəsinin icrasına bir neçə həftə ərizində başlayacağı bildirilir. Qeyd edək ki, Cahangirzadə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü olub.
Bu gün siyasi məhbus, AXCP GK üzvü Elvin Abdullayevin doğum günüdür. O, 23-cü doğum gününü həbsxanada keçirir.  AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev 1993-cü avqust ayının 27-də Sumqayıtda anadan olub. 2001-ci ildə 249 nömrəli orta məktəbə gedib. 2010-cu ildə orta məktəbi bitirib və Azərbaycan Maaliyə İqtisad kollecinin Bank işi fakultəsinə daxil...
Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev manat kartlarından dollar çıxarılması üçün komissiyanın artırılmasına bəraət qazandırıb. "Bu, məniqidir və möhtəkirliyin qarşısı alınmalıdır. Bir neçə bankda manat kartı olan işbazlar vəsaiti dollarla çıxarıb baha qiymətə satırlar. Prosesə nəzarət çətindir, buna görə komissiyanın artırılması barədə qərar verilib", - deyə o bildirib. Xatırladaq ki,...
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda Müsavat Partiyası tərəfindən yaradılmış “Respublika” təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, “Respublika” təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayı tələb ediləndən az olub: “3604 imza etibarsız sayılıb. Qalan 35 mindən bir qədər çox imza təşviqat qrupunun qeydə...
Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən Abbas Hüseynov hakim Əlövsət Abbasovdan Bakı ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə şikayət yazdığını bildirib. Qeyd edib ki, hakim şahidlərə istiqamətverici sözlər deyir. Hakim şikayəti...
NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəman avqustun 26-da Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında vəkili Fariz Namazlı ilə görüşüb. Bu barədə AzadlıqRadiosuna vəkil məlumat verib. E.Qəhrəman vəkilinə deyib ki, təcridxanada olduğu bir həftə ərzində Ombudsman Aparatının nümayəndəsi iki dəfə həkimlə birlikdə ona baş çəkib. Birinci görüşdə Baş Mütəşəkkil Cinayətkarlıqla...