Çərşənbə axşamı, 10 Dekabr, 2019
OPEC-in hasilatı artırması və qlobal neft ehtiyatlarının azalması gözləntilərinin reallaşmaması neft bazarının tarazlığını tapması ehtimallarını azaldıb.  APA xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyi (IEA) məlumat yayıb. Agentlik bildirir ki, qlobal neft tələbinin artması və OPEC-in hasilatı azaltması nəticəsində neft ehtiyatlarında azalma gözlənildiyi halda, ilin əvvəlindən tətbiq edilən OPEC+ anlaşmasının...
Həbsdə olan gənc fəal Qiyas İbrahimovun atası Həsən İbrahimov iyulun 7-də Ədliyyə Nazirliyinin istintaq idarəsinə çağırılıb. Bu barədə Qiyas İbrahimin anası Şura Əmiraslanova məlumat verib. Bildirib ki, evə gələn çağırış 172950141 saylı cinayət işi ilə bağlıdır: "O, 7 iyul 2017-ci il tarixində, saat 10:00-da Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağırılır. Məktubda...
Türkiyənin Ədliyyə Nazirliyi "Gülənçilər"lə bağlı xüsusi iclas keçirib. Abzas.net “Hürriyet”-ə istinadən xəbər verir ki, ədliyyə naziri Bəkir Bozdağın rəhbərliyi ilə keçirilən iclasda əsas müzakirə mövzusu təşkilata qarşı mübarizənin maliyyə məsələləri olub. Ədliyyə naziri Fətullah Gülənin təşkilatının bütün maliyyə qaynaqlarının nəzarətdə olduğunu bildirib. “Təşkilat iqtisadi cəhətdən çökdürülüb. 966 şirkət nəzarət altındadır. Bu şirkətlərə məxsus ümumi...
Fransa 2040-cı ilə qədər benzin və dizel ilə çalışan avtomobillərin satışını dayandıracaq. Ekologiya naziri Nikola Yulo tərəfindən elan edilmiş bu addım ölkənin Paris İqlim Sazişinə əsasən emissiya hədəflərinə çatmaq üçün atılıb. Hədəfin asanlıqla reallaşmayacağını qeyd edən nazir əlavə edib ki, Fransanın avtomobil istehsaçıları Peugeot-Citroen və Renault bu çətinliklərin öhdəsindən gəlmək gücündədir....
Bu gün Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib. Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, partlayış Kabil Universiteti yaxınlığında baş verib. Hadisə Novruz bayramı ilə əlaqədar yığıncaq zamanı törədilib. Partlayış nəticəsində azı 26 nəfər həlak olub. Daha 18 nəfərin yaralandığı bildirilir. Hadisənin terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir.
Milli aviaşirkət 100 min ton reaktiv aviayanacağın alınmasından ötrü elan etdiyi tenderin davamından imtina edib. Səbəb göstərilmir. İl ərzində bir neçə yüz min ton aviasiya yanacağı istifadə edən «Azərbaycan Hava Yolları» QSC uzun fasilədən sonra iyulun 8-də ilk dəfə müsabiqə əsasında satınalma elan etdi. Bunadək aviaşirkət bütün ehtiyaclarını satınalmalara baş vurmadan ödəyirdi....
Ukraynanın Odessa regionunun 2015-2016-cı illərdə qubernatoru olan Mikheil Saakashvili Ukrayna vətəndaşlığından çıxarılıb. Bu məlumatı iyulun 26-da Ukraynanın Dövlət Miqrasiya Xidməti öz rəsmi saytında yerləşdirib. Azadlıq Radiosunun məlumatına görə, Miqrasiya Xidməti Saakashvili məsələsi ilə bağlı prokurorluqdan materiallar alıb, bu materialları prezident Poroshenko nəzərdən keçirib. O da vurğulanır ki, vətəndaşlıqdan məhrum etmə...
Moldova hakimiyyəti Rusiya baş nazirinin müavini Dmitriy Roqozin-i "persona non qrata" yəni ki "arzuolunmaz şəxs" elan edib. Abzas.net xəbər verir ki, bu, baş nazirin müavini, xarici işlər və avrointeqrasiya naziri Andrey Qalbur tərəfindən təklif edilib və nazirlər kabinetinin iclasında qərara alınıb. Qalbur-un sözlərinə görə, hakimiyyət bu addımı Roqozin-in ardıcıl bəyanatlarına görə...
Azərbaycanın baş naziri Artur Rasi-zadəBakıda rəsmi səfərdə olan Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb. A.Rasi-zadə Azərbaycan ilə Türkmənistanın siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Baş nazir Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib. A.Rasi-zadə hər iki ölkənin geniş imkanlara...
Tanınmış tarixçi Altay Göyüşov keçmiş bəzi post-sovet ölkələrindəki situasiya və oranın Azərbaycandakı vəziyyətlə müqayisəsi haqda sosial şəbəkədə fikirlərini bölüşüb. Tarixçinin fikirlərinə görə, Qazaxstanda yeni tendensiya ondan ibarətdir ki, hətta yerli ruslar da uşaqlarını qazax məktəblərinə göndərməyə başlayıblar. Deyir ki, Azərbaycan demokratik cəmiyyət quruculuğunda Qırğızıstandan, dövlət quruculuğunda Qazaxstandakı tendensiyalardan, yerli istehsalda isə...