Cümə, 10 İyul, 2020
Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Əli İnsanov haqqında cinayət işinin başlanması ilə bağlı məsələyə rəsmi münasibət açıqlanıb. Mövzu ilə bağlı Qaradağ rayon prokuroru Natiq Abdullayev açıqlama verib. N.Abdullayev bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən daxil olmuş məlumata görə, 23 avqust 2016-cı il tarixdə Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində rejim...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının saxlanılan daha bir üzvü İsmayıl Rəsulov bu gün Qaradağ rayonunda məhkəməyə çıxarılacaq, partiya sədrinin müavini Gözəl Bayramlı BBC Azərbaycancaya müsahibəsində deyib. "Bu, onun hakimiyyət nümayəndələrini tənqidindən qaynaqlanan bir həbsdir. Qarabağ döyüşçülərinin hüquqlarının müdafiəsi ilə də bağlı həmişə öz sözünü deyən fəal adamlardan biri olub. Çox güman...
"Heç bir ittiham, təzyiq, təsir məni mövqeyimdən və mübarizəmdən çəkindirə bilməz. Mən nikbinəm və sakitəm. Mübarizəmi sonadək davam etdirəcəyəm". Vəkil Toğrul Babayevin sözlərinə görə, bu bəyanatı sabiq səhiyyə naziri Əli İnsanov verib. T.Babayev deyib ki, Ə.İnsanov psixoloji cəhətdən bu ittihamlara hazır idi: "Səhhətində də heç bir problem yoxdur". Avqustun 24-də 13 saylı cəzaçəkmə müəssisində...
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Carole Crofts Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər və Beynəlxalq Məsələlər üzrə koordinator Nəcmin Kamillə görüşüb. Görüşdə Qarabağ mövzusu, ölkədəki insan haqlarının durumu, iqtisadi və siyasi vəziyyət müzakirə olunub. Nidanın təmsilçiləri səfir Croftsa referendum qabağı hakimiyyətin başlatdığı həbs dalğası və nidaçı məhbuslar haqqında...
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, Ə.İnsanov barəsində avqustun 24-də Qaradağ rayon məhkəməsi qərar çıxarıb. Məhkəmöənin qərarı ilə sabiq nazir barəsində başlanmış cinayət işi ilə bağlı Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsindən 1...
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsini pisləyən bəyanat yayıb. Bəyanatda ona qarşı irəli sürülən ittihamların əsassız olduğu qeyd olunur. Bəyanatda bildirilir: “Eyni zamanda AXCP sədrinin köməkçisi olan Faiq Əmirli dini zəmində düşmənçilik salmaqda ittiham edilir. Faiq Əmirliyə 3 aylıq həbs cəzası verən hakimiyyət absurd şəkildə onu Fətullah...
24 avqustda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Fuad Əhmədlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsi şikayəti qəbul etməyib. Bu barədə məlumatı Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev verib. Xatırladaq ki, Səbail Rayon Məhkəməsi avqustun 18-də F.Əhmədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmişdi. Vəkil Əsabəli Mustafayev qərardan narazı olduqlarını, Avropa İnsan Hüquqları Məhkəməsinə...
Əli İnsanova qarşı Cinayət Məcəlləsinin 3 maddəsi ilə yenidən cinayət işi başlanıb. Bu barədə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Sabiq səhiyyə naziri Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama),  315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə...
Bu gün Səbail Rayon Məhkəməsində jurnalist Xədicə İsmayılovanın Bakı Şəhər Prokurorluğuna qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən proses zamanı X. İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə həbs edildiyini, lakin sonradan məhkəmə tərəfindən bu maddə üzrə bəraət aldığını əsas gətirərək, həbsinə görə Bakı Şəhər...
Baş Prokurorluq həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işinin başlanmasına münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mövzu ilə bağlı açıqlama verib: “Bununla bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılır, yaxın zamanlarda ictimaiyyətə açıqlama veriləcək”. Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət...