Cümə axşamı, 12 Dekabr, 2019
Türkiyədə FETO terror təşkilatının məsələsi üzrə cinayət işi çərçivəsində "Petkim Petrokimya Holding A.Ş." şirkətinin saxlanılan 25 əməkdaşından 13-ü həbs edilib. Onlardan 12-i isə ölkədən çıxmamaq şərtilə azadlığa buraxılıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Keçmiş baş direktor Sadəddin Korkutla yanaşı “SOCAR Türkiyə”nin baş direktor müavini, əslən azərbaycanlı olan İlqar Mehmetoğlu,...
Müsavat Partiyasının referendumla bağlı təsis etdiyi "Respublika" təşəbbüs qrupunun üzvləri Cəlilabad şəhərində imza toplayarkən, naməlum şəxslərin təzyiqləri ilə üzləşdiklərini bildiriblər. Onların deməsinə görə, naməlum şəxslər imza vərəqələrini əllərindən alıb qaçıblar. Hadisənin avqustun 14-də, şəhərin mərkəzində, rayon polis şöbəsinin yaxınlığında baş verdiyi bildirilir. Təzyiqə məruz qaldığını deyən təşəbbüs qrupunun nümayəndəsi, Müsavat Partiyası...
Nida Vətəndaş Hərakatının həbs edilən üzvü Elgiz Qəhraman barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair Nərimanov rayon məhkəməsinin 13 avqust 2016-ci il tarixli qərarından apellyasiya şikayəti verilib. Vəkil Fariz Namazlının verdiyi məlumata görə, şikayətə Bakı Apellyasiya Məhkəməsindən 18 avqust 2016-ci il saat 11.30-da baxılacaq. Namazlı qeyd edib ki, Elgiz Qəhrəmanın şikayəti Bakı Apellyasiya Məhkəməsinin...
Qəhrəman Elgiz Camal oğlu 1986-cı ilin noyabr ayının 1-də Yevlax rayonu Havarlı kəndində anadan olub. 2004-cü ildə ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini bitirib. Bakalavr təhsilini Ankara Üniversiteti Siyasi Bilimlər Fakultəsi, Beynəlxalq Əlaqələr bölümündə alıb. Paralel olaraq Anadolu Universiteti Açıq Öyrətim Fakultəsi Xarici Ticarət bölümündə oxuyub. Türkiyədə təhsilini başa vurandan sonra...
Hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və Dağlıq Qarabağ: Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıda müzakirə etdiyi mövzular bunlardır. Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə Zvezdatv.ru saytına bildirib. Danışıqların detalları açıqlanmır, lakin Turanın ekspertləri bu fikirdədilər ki, ilk növbədə hazırda regional təhlükəsizlik məsələsinin müzakirəsi Suriya ilə bağlı Rusiyanın gələcək addımlarının razılaşdırılması deməkdir. Son vaxtlar...
Dünən axşam polis tərəfindən saxlanan REAL üzvləri haqqında vəkil Elçin Sadıqov açıqlamalar verib: "Toğrul İsmayılov və Elşən Qasımov dünən axşam saat 18.00 radələrində polis tərəfindən saxlanılıb. Onların Konstitusiya dəyişikliklərinə "YOX" deyək posterini yaydıqları üçün saxlanıldıqları bildirilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunurlar. Polisə tabe olmamaq bəhanəsini də qeyd...
Vətəndaş Həmrəyliyi Partiyası həbs edilən Elgiz Qəhrəmanla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Gənc fəal Elgiz Qəhrəmanın oğurlanaraq heç kimə heç bir məlumat vermədən 4 gün saxlanmasından sonra dünən onun narkotika ittihamı ilə həbs olunması haqda rəsmi açıqlama verilib. Elgiz Qəhrəman Türkiyədə riyaziyyat və siyasi elmlər üzrə ali təhsil almış istedadlı gənclərimizdəndir. Yüksək təhsilli, geniş...
NİDA Vətəndaş Hərakatının üzvü Elgiz Qəhrəman barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verilib. Vəkil Nemət Kərimli bu barədə məlumat verib. O qeyd edib ki, artıq şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq. Xatırladaq ki, Elgiz Qəhrəmana Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ) maddəsi ilə ittiham verilib. Nərimanov rayon...
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Ağstafa rayonunun Tatlı kəndi sahəsində növbəti monitorinqin keçirilməsi nəzərdə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller, Ermənistan tərəfindən...
REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix bəlli olub. Bu barədə açıqlama verən Natiq Cəfərlinin vəkili Cavad Cavadlı bildirib ki, şikayətə avqustun 17-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Vəkil prosesin qapalı keçiriləcəyini əlavə edib. N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair...