Çərşənbə axşamı, 25 Fevral, 2020
Nidaçı gənc Elgiz Qəhrəman haqqında Nərimanov Rayon Məhkəməsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı verilib. Bu barədə gənc fəalın vəkili Nemət Kərimli məlumat verib. Vəkil bildirib ki, Elgiz Qəhrəman Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma...
NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmandan 4 gündür ki, xəbər yoxdur. Onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində - “Bandotdel”də saxlandığı bildirilir. NİDA-dan verilən xəbərə görə, Elgiz Qəhramanı avqustun 12-də naməlum şəxslər yaxın dostu ilə birgə saxlayıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Onun dostu...
Avqustun 12-də axşam saatlarında ReAl (“Respublikaçı Alternativ”) hərəkatının icraçı katibi və həmtəsisçisi Natiq Cəfərli saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib. Formal olaraq ona qarşı 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda və ya seçkilərin və ya referendumun nəticələrinə təsir etmək məqsədi daşıdığında) maddələrlə ittiham...
Avqustun 15-də vəkil Natiq Cəfərli ilə görüşməlidir. Bu barədə onun hüquqi nümayəndəsi Rəsul Cəfərov Turan İnformasiya Agentliyinə bildirib. R. Cəfərov deyib ki, artıq həbslə əlaqədar xarici diplomatik nümayəndəliklər məlumatlandırılıb. Avqustun 15-də REAL Hərəkatının üzvləri Böyük Britaniya səfiri ilə görüşməlidirlər. R. Cəfərov qeyd edib ki, N. Cəfərlinin evində axtarış zamanı onun və övladlarının texniki...
İqtidar hakimiyyəti bir ailənin əlində toplamaq üçün hüquqi bazanı möhkəmləndirmək məqsədilə tələm-tələsik, xalq qarşısında heç bir izahat işi aparmadan referendum keçirir. Bu barədə Müsavat Partiyasının bəyanatında deyilir. AXCP üzvü Məsud Rzalının 30 sutkalıq həbs edilməsi, AXCP sədri Əli Kərimlinin qohumu Elnur Seyidovun həbsxanada ölümlə təhdid olunması və “REAL” Hərəkatının icraçı...
Avqustun 12-də saxlanılaraq barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Respublikaçı Alternativ (REAL) Hərəkatının icra katibi Natiq Cəfərli bu gün vəkili ilə görüşüb. Bu barədə N.Cəfərlinin vəkili Cavad Cavadov məlumat verib. Vəkil bildirib ki, o, N.Cəfərli ilə Nərimanov rayon Polis İdarəsində görüşüb. Xatırladaq ki, N.Cəfərli avqustun 12-də axşam saatlarında saxlanılıb. Onun barəsində...
REAL Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli qurumun icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin avqustun 12-də həbsi ilə bağlı Azadlıq Radiosunun suallarını cavablandırıb. – Erkin bəy, Natiq Cəfərli qanunsuz sahibkarlıq və vergidən yayınmada ittiham olunur. Bu ittihamlar əsaslıdırmı? Natiq Cəfərlinin sahibkarlıq fəaliyyəti var idimi? – Bu,2013-14-cü illərdə bir qrup fəala qarşı...
AXCP sədrinin hazırda 13 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan qaynı Elnur Seyidov bu gün vəkili ilə görüşüb. Vəkil Fəxrəddin Mehdiyev görüşdən sonra Azadlıq qəzetinin əməkdaşına məlumat verib ki, Elnur Seyidov özünü normal hiss edir. E.Seyidov ölümlə təhdid olunması barədə məsələni vəkilinə anladıb. Lakin həyatına olan təhdidin detallarının hələlik mətbuata açıqlanmasını istəməyib. Bu arada...
REAL Natiq Cəfətlinin həbsi ilə bağlı bəyanat verdi. Bəyanatda deyilir: "Respublikaçı Alternativ (REAL), təşkilatın İcra Katibi Natiq Cəfərlinin həbsini şiddətlə pisləyir və həbsin birbaşa İlham Əliyevin göstərişi ilə baş verdiyinə əmindir. REAL bəyan edir ki, həbs həm Natiq Cəfərlinin REAL İcra Katibi kimi siyasi fəaliyyətinin, həm də ölkədəki iqtisadi vəziyyətin günü-gündən...
“Avqustun 12-də Kürdəxanı istintaq təcridxanasında Bayram Məmmədov və Qiyas İbrahimovla görüşdüm, səhhətləri nomaldır”, - gənclərin vəkili Elçin Sadıxov Turan-a bildirib. Onun sözlərinə görə, müstəntiq gələn həftədən istintaq hərəkətlərinə başlanacağını bildirib: “İstintaq hərəkətləri dedikdə B. Məmmədov və Q.İbrahimovun hal şahidləri və əməliyyatçılarla üzləşdirmələri nəzərdə tutulur. Bundan sonra yəqin ki istintaq bitmiş...