Cümə axşamı, 21 Noyabr, 2019
Prezident İlham Əliyev və Mehriban Əliyeva istirahət etmək üçün Bodruma gediblər. İlham Əliyev geniş təhlükəsizlik tədbirləri altında Türkiyəyə gedib. Bodrum Milas Aeroportundan 12 maşınlıq karvan və helikopterin müşahidəsi ilə qaldığı 5 ulduzlu otelə gedib. Türkiyənin Sözcu.com.tr xəbər portalının məlumatına görə, Əliyev 3 gün oteldə olub, yalnız dünən dənizkənarına çıxıb və türk jurnalistlərinə obyektivindən yayına bilməyib. İlham...
İnsan haqları pozuntularını, Avropa İnsan Haqları Məhkəməsində müxalif fəalların, siyasətçilərin şikayətlərini müdafiə edən vəkillərdən biri Əsabəli Mustafayevə qarşı təzyiqlər başlayıb. Bu barədə tanınmış vəkil sosial şəbəkədə məlumat yayıb. Əsabəli Mustafayev təzyiqlərin Avropa Məhkəməsində Azərbaycanla bağlı son vaxtlar çıxan çox sayda qərardan sonra başladığını qeyd edib və açıqlamasını "Avropa Məhkəməsinin dünənki qərarlarının...
"İstintaq təcridxanasında saxlanılan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimova valideynləri ilə görüş verilmir". Bunu AzadlıqRadiosuna hər iki gəncin vəkili Elçin Sadıqov bildirib. Vəkil gənclərə valideynləri ilə görüş verilməməsini ciddi qanun pozuntusu kimi dəyərləndirib: "Bu haqda biz Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişik. Hər iki şəxs may ayının ortalarında həbs edilib. O...
İyunun 30-u Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 18 iş üzrə qərarlarını elan edib. Vəkil Əsabəli Mustafayev bu barədə açıqlama yayıb. Vəkilin bildirdiyinə görə, bu şikayətlərdən 13-ü onun apardığı işlərdir. Bu qərarlarla mitinqdə iştiraka görə ərizəçilərin tutulması və inzibati həbs cəzasına cəlb olunmaları Konvensiyanın 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli...
"Nəzərə alın ki, bu, günlərin birində sizin də başınıza gələ bilər". Bunu araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl Ali Məhkəmədə şikayətinə baxan hakimlərə deyib. Söhbət Elman Həsənovun (Bayraqdar) iddiası əsasında Xədicə İsmayılın CM-nin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib, 2 min 500 manat cərimələnməsinə dair məhkəmə...
ABŞ Konqresinin bir qrup üzvü Azərbaycan hökuməti adından onlara verilən hədiyyələri geri qaytarıb. Bu barədə Azadlıq qəzeti “The Hill” nəşrinə istinadən məlumat yayıb. “Səyahətləri  Azərbaycan höküməti tərəfindən gizli olaraq maliyyələşdirilən qanunvericilər nefrit daşından hazırlanmış sırğalar, çay dəstləri, ipək şarflar, yun xalılar və başqa hədiyyələri hökümətə təhvil veriblər. Ümumi Xidmət Adminstrasiyasına geri...
Yeni həbs olunan nidaçı Bayram Məmmədov və siyasi fəal Qiyasəddin İbrahimovla bağlı Nida Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Ülvi Həsənli məlumat verib. Kanal13-ə müsahibə verən Ülvi Həsənlinin çıxışından qısa başlıqları təqdim edirik: "İnsanlara normal siyasi özünü ifadə mühiti yaratsalar onlar bu yola el atmazlar". "Uşaqlar özləri etiraf edənə qədər biz bilmirdik ki,...
Mayın 4-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığındakı üzvlük məsələsinə baxılıb. Səsvermə nəticəsində Rəhbər Komitənin 22 üzvündən 16-ı lehinə, 3-ü əleyhinə, 3-ü isə bitərəf olmaqla Azərbaycanın statusu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilib. Bu barədə Turan-a Mədən...
Bu qısa film öz dövrünün ən mübariz gənclərindən sayılan və 2014-cü ildən 8 il müddətinə azadlıqdan məhrum edilən İlkin Rüstəmzadəni sizə daha yaxından tanıdacaq. İlkin Rüstəmzadə 1992-ci il avqustun 2-də Gəncə şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakultəsinə daxil olub. İlkin bu universiteti bitirə bilməyib....
Amnesty International vurğulayır ki, Azərbaycan hakimiyyəti insan haqlarıyla bağlı tənqidə çox həssas yanaşır. Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı həbsdə olan jurnalist Xədicə İsmayılovaya görə kampaniyaya başlayır. Qurum bildirir ki, Xədicə Ismayılova korrupsiyanı üzə çıxardığına görə həbsə atılıb, vicdan məhbusudur və dərhal azadlığa buraxılmalıdır. Hakimiyyət ona qarşı dövlətin nəzarətində olan mediada çirkin...