Çərşənbə, 27 Yanvar, 2021
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə...
Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-də axşam Bakıya rəsmi səfərə gəlib. Hava limanında onu hökumət başçısının müavini Yaqub Eyyubov qarşılayıb. Poroşenko onun üçün ayrılmış iqamətgaha gedib. İyunun 14-dən Ukrayna prezidentinin rəsmi görüşləri və danışıqları başlayıb. Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana səfəri çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir neçə sənəd imzalanıb. İmzalanma mərasimi Poroşenkonun...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Bakıya işgüzar səfərə gələcək. Bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. Səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparacaq.
“Gənc fəal Qiyas İbrahimov özünü normal hiss edir”. Bunu gənc fəallın saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşən vəkili Nemət Kərimli deyib. Vəkilin sözlərinə görə, Q.İbrahimov saxlanma şəraitindən də şikayət etməyib. Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıblar.Onların keçmiş prezident Heydər Əliyevin heykəli üstünə etirazçı şüarlar yazılmasına görə,...
"Biz jurnalist Xədicə İsmayılın həbsdən buraxılmasından məmnunuq. Ancaq təəssüf ki, onun ölkədən çıxışına əngəllər var. Bunun nəticəsində o, bizim konfransa da qatıla bilməyib". "Azadlıq" radisonun verdiyi məlumata görə, bu sözləri ATƏT-in media azadlığı ofisinin rəhbəri Dunja Mijatović Gürcüstan paytaxtı Tbilisidə keçirilən 13-cü Cənubi Qafqaz Media Konfransının açılış mərasimində deyib. D.Mijatović Cənubi Qafqazda...
Avropa İnsan Haqları Məhkəməsi iyulun 21-də Azərbaycanla bağlı daha 18 iş üzrə öz qərarını elan edəcək. Bu barədə vəkil Əsabəli Mustafayev açıqlama yayıb. Vəkilin açıqlamasında deyilir ki, onun elektron poçtuna Avropa Məhkəməsindən məktub gəlib. Məktubda bildirilir ki, Əsabəli Mustafayevin apardığı daha 18 iş üzrə 21 iyul tarixində qərarlar elan olunacaq. Bu...
Kristofer Smit: "Əliyev bu qanun layihəsinin qarşısını almaq üçün Birləşmiş Ştatlardakı ən yaxşı hüquq şirkətlərindən biri ilə müqavilə bağlayıb" Bugünlərdə Tbilisidə ATƏT PA-nın sessiyası keçirilib. Sessiya zamanı Azərbaycanda insan haqlarını  vəziyyətinə dair ayrıca dinləmə təşkil olunub. Dinləmədə ABŞ-ın tanınmış konqresmeni Kristofer Smit də çıxış edib. Smit bəyan edib ki, Azərbaycanda...
Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs edilib. Jurnalistin həyat yoldaşının Bolgexeber.com-a verdiyi məlumata görə, iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli şəxs jurnalistin evinə daxil olaraq axtarış aparıb və Fikrət Fərəməzoğluna məxsus Notebook-u götürərək evdən çıxıblar. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nələr olduğunu soruşduqda onlar baş redaktorun həbs edildiyini bildiriblər, lakin...
"Azadlıq" qəzetinin direktoru Faiq Əmirov naməlum şəxslər tərəfindən izlənildiyini bildirib. Bu barədə "Azadlıq" qəzeti məlumat yayıb. F.Əmirov iyulun 2-i öz maşını ilə işə gedərkən qara rəngli, 90 CD 674 nömrə nişanlı "Hundai Accent" markalı avtomobillə təqib olunduğunu müşahidə edib. Avtomobildəkilər F.Əmirovu bütün hərəkət traektoriyası üzrə təqib edib, F.Əmirov dayananda isə dayanıb onu...
Prezident İlham Əliyev və Mehriban Əliyeva istirahət etmək üçün Bodruma gediblər. İlham Əliyev geniş təhlükəsizlik tədbirləri altında Türkiyəyə gedib. Bodrum Milas Aeroportundan 12 maşınlıq karvan və helikopterin müşahidəsi ilə qaldığı 5 ulduzlu otelə gedib. Türkiyənin Sözcu.com.tr xəbər portalının məlumatına görə, Əliyev 3 gün oteldə olub, yalnız dünən dənizkənarına çıxıb və türk jurnalistlərinə obyektivindən yayına bilməyib. İlham...