Cümə, 25 İyun, 2021
Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi " Hərəkatının üzvü Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Nardaran hadisələrində təqsirləndirillən digərlərinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşı Kənan Heybətov ifadə verib. Baş İdarəyə Taleh...
Qiymətləndirmə missiyası ilə Bakıya gələn BMT İnsan Hüquqları Şurasının məsul xüsusi məruzəçisi Michel Forst Nida Vətəndaş Hərəkatının rəhbərliyi ilə görüşüb. Abzas.net-ə bu barədə hərəkatın idarə heyətinin üzvü Turqut Qəmbər məlumat verib. Michel Forst sentyabrın 14-də NİDA-nın idarə heyətinin üzvləri Turqut Qəmbər, Ülvi Həsənli və nidaçı keçmiş siyasi məhbus Rəşad Həsənovla görüşüb....
Müsavat Partiyası sentyabrın 24-nə referendum əleyhinə növbəti mitinq təyin edib. Qərar partiya divanının sentyabrın 14-də keçirilən toplantısında verilib. Bu haqda partiyanın mətbuat xidməti məlumat verib. Məlumatda bildirilir ki, müzakirələr zamanı referenduma çıxarılan təkliflərə etiraz edən ictimai-siyasi təşkilatların birgə aksiyasının keçirilməsi məqsədəuyğun hesab edilib. Bu səbəbdən sentyabrın 24-də birgə mitinqin keçirilməsi qərara alınıb. Divanın toplantısında...
“Kürdəxanı istintaq təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc üzvi Fuad Əhmədlinin heç bir maddi və ruhi sıxıntısı yoxdur”. Bu sözləri sentyabrın 14-də Fuad Əhmədli ilə görüşən vəkil Əsabəli Mustafayev deyib. Avqustun 18-də saxlanılan Fuad Əhmədli ilə görüşə və telefon danışığına qadağa qoyulduğu bildirilirdi. Vəkili nəhayət, bu gün onunla görüşə bilib. Vəkil cəbhəçinin durumunun yaxşı...
Barəsində 9 il azadlıqdan məhrumetmə hökmu çıxarılan “üsyankar müstəntiq” Rüfət Səfərov vəkili Bəhruz Bayramov vasitəsilə “Azadlıq” qəzetinə müraciət göndərib. Rüfət Səfərov müraciətiətinin əvvəlində “Yeni Müsavat”dan imtina etdiyini bildirir. Səfərovun müraciətində deyilir ki, onu həbs etmiş dairələrin ruporu olduğuna görə “Yeni Müsavat” qəzetinə onun haqqında hər hansı bir məlumat verməyi özü...
Səbail Rayon Məhkəməsi həbsdə olan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun saxlanıldıqları zaman işgəncəyə məruz qalmaları ilə bağlı cinayət işinin açılmasına lüzum görməyib. Bu haqda gənclərin vəkili Elçin Sadıqov bildirib. Vəkil deyib ki, may ayında Bayram Məmmədov və Qiyas İbrahimovun işgəncəyə məruz qalması epizodu üzrə cinayət işinin açılması, işgəncə verənlərin...
"Müsəlman Birliyi" Hərəkatının hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və digər cinayətlərdə təqsirləndirilən 6 üzvünün apelyasiya şikayətləri üzrə məhkəmə prosesinin başlayacağı vaxt məlum olub. Bu haqda vəkil Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, proses sentyabrın 19-u, saat 12.30-da başlayacaq. İş Bakı Apelyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun icraatına verilib. Xatırladaq ki, Sabunçu Rayon...
Bu gün Bakı Apelyasiya Məhkəməsində Nida Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsində Xətai Rayon Məhkəməsində çıxarılmış həbs müddətinin 2 ay uzadılması qərarından verilən apelyasiya şikayətinə baxılıb. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, hakim Mirpaşa Seyidovun rəhbərliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb. Xatırladaq ki, gənc fəalın işini araşdıran müstəntiq...
''Müstəntiq gəlmədi, baxış sentyabrın 20-nə təxirə salındı''. Bu barədə məlumatı vəkil Elçin Sadıqov verib. Sentyabrın 14-də gənc fəal Qiyas İbrahimovun evində baxış-axtarış keçiriləcəkdi. Lakin müstəntiq baxışa gəlməyib. Elçin Sadıqov bildirib ki, gənc fəal saxlandıqdan sonra yaşadığı evdə baxış adı ilə axtarış aparılıb və evdən narkotik tapıldığı deyilib: “Həmin narkotikin mənzilə yerləşdirilməsini görən şahid var. Bununla...
Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı qeydə alınan təşviqat qrupları ödənişsiz efir vaxtından imtina ediblər. «Report» bu xəbəri təşviqat qruplarına istinadən yayıb. Seçkiqabağı təşviqat sentyabrın 3-dən başlayıb. Lakin qeydə alınan «Yeni Azərbaycan», «Vətəndaş Cəmiyyəti» və «Bələdiyyə» təşviqat qrupları bununla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməyiblər. «Yeni Azərbaycan» təşviqat qrupunun...