Bazar, 25 İyul, 2021
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı İstintaq Təcridxanasında barəsində başlanmış cinayət işi üzrə protokollarla tanış olub. Bu barədə vəkil Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, dünən Ə.İnsanovla görüşüb: "Saxlanma şəraiti və səhhətindən narazılığı yoxdur. Görüş zamanı müstəntiq Əli İnsanova cinayət işinin protokollarını təqdim etdi. Hazırda istintaq...
Avropa Şurasının konstitusiya hüququ üzrə ekspertləri – Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif olunan dəyişiklikləri tənqid edib. Komissiya rəyini sentyabrın 21-də açıqlayıb. "Təklif olunan dəyişikliklərin çoxu prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin poza bilər", -VK-nın rəyində bildirilir. "Məsələn, prezidentlik mandatının beş ildən yeddi ilə artırılması əsaslandırıla bilməz, çünki prezidentin mövqeyi çox...
Sentyabrın 21-də Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Müdafiə sənayesi naziri Yavər Camalov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Prezident İlham Əliyev...
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə hazırdır. “RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə Almaniya prezidenti Yoahim Qaukun Ermənistan prezidenti Serj Sarkisyana ünvanladığı məktubda deyilir. Y. Qauk qeyd edib ki, Almaniya ATƏT-in fəaliyyətdə olan sədri kimi Qarabağ münaqişəsinin tezliklə həllinə kömək etmək istəyir. Fransa prezidenti Fransua Olland da Qarabağ nizamlanması...
Azərbaycanda maliyyə, iqtisadiyyat və məhkəmə hakimiyyəti sahələrində məqsədyönlü yardım vasitəsilə Azərbaycana iqtisadiyyatın şaxələndirilməsinə dəstəyi davam etdirməyi nəzərdə tutan yardım paketini açıqlayıb. Aİ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, 13.5 milyon avro miqdarında fond əsas hökumət idarələrini yardımla təmin edərək kiçik və orta biznesin rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi, həmçinin...
Nardaran olaylarına görə həbs olunanlardan Sahil Rzayev Bakı Apelyasiya Məhkəməsinə vəkillərindən əlavə şikayət təqdim edib. O, şikayətində saxlanılmasının tarixçəsindən və üzləşdiyi rəftardan bəhs edir. Bu haqda onun vəkillərindən Elçin Sadıqov məlumat verib. Vəkil S.Rzayevin işgəncələrə məruz qalmasının detalları haqda məhkəmə zamanı açıqlama verəcəyini bildirib. S.Rzayev məhkəməyə ünvanladığı apelyasiya şikayətində isə qeyd edir...
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov ötən aydan bəri davam edən aclıq aksiyasını dayandırıb.Bu barədə A.Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib. Vəkil bildirib ki, müvəkkili ötən həftənin əvvəlində prokurorluq əməkdaşları ilə görüşdən sonra bu...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qiyas İbrahimovun barəsində olan cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib. Hazırlıq iclasında Qiyas İbrahimovun müdafiə hüquqlarının pozulması ilə bağlı vəsatətlər qaldırılıb. Vəkil Elçin Sadıqovun sözlərinə görə, onun qaldırdığı bəzi vəsatətlər təmin edilməyib: "Yalnız Nərimanov rayon polis idarəsinin həyətində olan müvəqqəti saxlama yerinin...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib.Prezident İlham Əliyev nümayəndə heyətini salamlayaraq bu səfərin maraqlı keçəcəyinə ümidvar olduğunu və ölkəmiz, reallıqlarımız, planlarımız haqqında daha çox məlumat əldə etmək üçün yaxşı fürsət yaratdığını bildirdi. Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və...
Milli Şura sentyabrın 24-də mitinq keçirməkdən imtina edib. Bu haqda qurumun Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumat verib. O, qərarı sonuncu, 17 sentyabr mitinqi ərəfəsindəki və daha sonrakı çoxsaylı həbslərlə izah edir: “Sonuncu mitinqdən öncə onlarla insanı tutmuşdular, daha sonra mitinq günü yolları, şəhərə girişi bağladılar, 3-5 saat da olsa mitinqə gəlmək...