Cümə, 25 İyun, 2021
Azərbaycanda vətəndaş fəallarına qarşı yeni repressiya dalğası başlayıb. Belə ki, avqustun 12-də bir neçə gənc fəal həbs olunub, Human Rights Watch təşkilatının bəyanatında deyilir. Əvvəlki tək fəallar narkotik maddə saxlamaqda ittiham olunurlar. Elgiz Qəhrəmanov bir həftə DİN BMCQMİ-də saxlanılıb və yanına vəkil buraxılmayıb. E.Qəhrəmanov NİDA Hərəkatının üzvüdür. O, Bakının mərkəzində saxlanılıb...
NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın Kürdəxanı təcridxanasına köçürüldüyü bildirilir. Bunu vəkil Nemət Kərimli deyib. "Müstəntiq mənə bildirib ki, Elgiz Qəhrəman Kürdəxanı təcridxanasına göndərilib", -deyə o qeyd edib. Vəkil günün ikinci yarısında E.Qəhrəman ilə görüşməyə çalışacağını söyləyib. E.Qəhrəman avqustun 12-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddənin qanunsuz...
AB: "Azərbaycan üçün Venesiya Komissiyasının rəyi həlledici əhəmiyyət kəsb edir" Azərbaycan hakimiyyətinin başlatdığı son repressiya dalğasına beynəlxalq etirazlar artmaqda davam edir. Artıq Avropa Birliyi də baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə xəbərdarlıq edib. Qurumun bu gün yaydığı bəyanatda, Referenduma çıxarılan dəyişikliklərə və REAL-ın icra katibi Natiq Cəfərlinin həbsinə toxunulub. Birliyin bəyanatında digər müxalif fəalların...
Suraxanı Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Qədim Bəkirova 25 sutka inzibati həbs cəzası verib. AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, cəbhəçi gənc İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə günahkar bilinib. Digər cəbhəçi - Fuad Əhmədlidən isə hələ ki, yeni xəbər yoxdur.
“Azərbaycan hakimiyyətini jurnalist Xədicə İsmayılovaya səyahət qadağasını qaldırmağa və müxalifət fəalı Natiq Cəfərlini və azadlıqlarından istifadəyə görə həbs olunmuş digərlərini azadlığa buraxmağa çağırıram”. Bunu Birləşmiş Ştatların BMT-dəki səfiri Samantha Power “Twitter” hesabında yazıb. Avqustun 12-də Respublikaçı Alternativ (REAL) hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə ittihamlarıyla 4...
Elgiz Qəhrəmanlı barəsində məhkəmənin həbs qətimkan tədbiri seçməsindən 24 saat keçməsinə baxmayaraq o hələ də Bakı istintaq Təscridxanasına göndərilməyib və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır, vəkil Fariz Namazlı BBC Azərbaycancaya məlumat verib. Cənab Namazlı ehtimal edir ki, Elgiz Qəhrəmanlının məhkəməyə gətirilməməsi və onun bu günə qədər Bakı İstintaq Təcridxanasına...
Avqustun 17-də ABŞ-ın Azərbaycandakı səfirliyində səfir Robert Sekuta, səfir müavini William R. Gill, səfirliyin siyasi şöbəsinin müdiri Zia Syed, səfirin siyasi işlər üzrə müşaviri Susan Chesly ilə REAL Hərəkatının İdarə Heyətinin üzvləri Erkin Qədirli və Rəsul Cəfərov arasında görüş baş tutub. REAL təşkilatının rəsmi saytında görüş ilə bağlı məlumat verilib: “Görüşdə...
Avqustun 18-də vəkil Elçin Sadıqov DİN-in İnzibati qaydada həbs olunan şəxslərin saxlanılması yerində REAL üzvləri Toğrul İsmayılov və Elşən Qasımovla görüşüb. Bu barədə vəkil Elçin Sadıqov açıqlama verib. Vəkil bildirib ki, barələrində inzibati həbs seçildikdən sonra hər iki gənc fəal Bakı Şəhər Baş Polis İdarəsində 3 saatdan çox dindirilib, onları RP-nin Bakı Ağır Cinayətlər...
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında AXCP Xətai rayon Gənclər Komitəsinin sədri Fuad Əhmədli Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs edilib. DTX əməkdaşları F.Əhmədlini yoldan oğurlayıblar və sonradan onun yaşadığı evə baxış keçiriblər. Onlar Fuad Əhmədlinin evində olan bütün kitabları götürüblər. Gənc fəalın atasının sözlərinə görə "Yasin necə oxunmalı" kitabı...
Mili Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər oğlu Turqut Qəmbərin həbs edilməsi, 4 saat müddətində sorğu-sualı və hakimiyyətin yenidən repressiyalara başlaması barədə danışıb. İsa Qəmbər iqtidarı öz xam xəyalından daşınmağa və ailə hakimiyyəti üçün yox, xalq üçün çalışmağa dəvət edib: "Hakimiyyət qorxu içindədir, çox ağır vəziyyətdədir. Ölkə dərin böhrana düçar...