Cümə axşamı, 29 İyul, 2021
Bu gün Səbail Rayon Məhkəməsində Natiq Kərimovla bağlı məhkəmə prosesi keçirilib. Prosesdə istintaq orqanı tərəfindən N.Kərimov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin yenidən uzadılması barədə verilən təqdimata baxılıb. Bu barədə N.Kərimov özü məlumat verib. Onun sözlərinə görə, məhkəmə istintaq orqanının verdiyi təqdimatı təmin edib və N.Kərimov barəsində seçilmiş ev dustaqlığının müddəti...
Rusiya Prezidenti Vladimir Putin avqustun 8-də Bakıya səfər edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan, İran və Rusiya liderlərinin ilk üçtərəfli iclasında iştirak etmək üçün Bakıya gələcək. Vladimir Putin, Əliyev və İran Prezidenti Həsən Ruhaninin beynəlxalq və regional siyasət, enerji...
Bir qrup QHT və mətbuat orqanı rəhbəri Azərbaycan Açıq Hökümət Tərəfdaşlıq Platforması (AAHTP) yaratmaq təşəbbüsü ilə çıxış edib. 22 fəalın qəbul etdiyi müraciətdə xatırladılır ki, 2011-ci ildə Azərbaycan Açıq Hökümət Tərəfdaşlığına ilk qoşulanlardan biri olub. Bu beynəlxalq təşəbbüsü dəstəkləyən 70 ölkə açıq və səmərəli idarəetmə sistemindən istifadə etmək, mülki təhsili genişləndirmək,...
Baş Prokurorluğun üzərinə "Panama Papers"i araşdırmaq vəzifəsi qoyan qərar çıxarılması istənilir Müsavat Partiyası “Panama Papers”in araşdırılması ilə bağlı müraciətlərinə reaksiya verilmədiyinə görə, baş prokuror Zakir Qaralovu məhkəməyə verib. Bu barədə Azadlıq Radiosu partiyanın hüquqi nümayəndəsi, vəkil Nemət Kərimliyə istinadən məlumat yayıb. Səbail Rayon Məhkəməsinə təqdim olunan iddia ərizəsində bildirilir ki, aprel-may aylarında dünya...
2 avqust nidaçı vicdan məhbusu İlkin Rüstəmzadənin doğum günüdür. O, artıq 4-cü ildir ki doğum gününü həbsxanada keçirir. Onun 24 yaşı tamam olur. İ.Rüstəmzadə 1992-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə həmin şəhərdə 20 nömrəli məktəbdə, daha sonra Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəbdə təhsil alıb. 2009-cu ildə orta...
AXCP Sumqayıt Gənclər Təşkilatının sədri Ruslan Qarayevin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayevin müvəkkili ilə görüşməsinə yenə icazə verilməyib. Vəkil bildirib ki, iyulun 30-da o, saatlarla Sumqayıt Polis İdarəsinin binası qarşısında dayanmaq məcburiyyətində qalıb. "Bununla artıq dördüncü dəfədir ki, Ruslan Qarayevlə görüşməyimə icazə vermirlər. Sonuncu dəfə iyulun 25-də onunla görüşməyimə icazə...
Sentyabrın 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası təşəbbüs qrupu yaradılması məqsədi ilə təşəbbüsçülərin yığıncağını keçirilib. Yığıncağda 3 952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak edib. Məlumatı YAP-ın rəsmi saytı yayıb. Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə...
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Hakim Vaqif Musaqulovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 15-nə təyin olunub. Proses zamanı X. İsmayılova dövlət hesabına tutulan vəkil Mehran Kərimovdan...
Nikah 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq Avqustun 1-də həbsdə olan jurnalist Seymur Həzi Müsavat Partiyasının üzvü Nigar Yaqublu ilə nikaha girəcək. Bu barədə Nigar Yaqublu Meydan TV-yə məlumat verib. O bildirib ki, nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq. 1 avqust günorta saat 12-də cütlük həbsxanada...
General Cozef Danford-ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi iyulun 31-də Türkiyəyə gəlib. CNN Türk-ün verdiyi xəbərə görə, Danford Ankarada keçirdiyi görüşlərdən sonra  Türkiyənin cənubunda yerləşən "İncirlik" hərbi bazasına baş çəkəcək, ABŞ hərbçiləri ilə görüşəcək. Avqustun 1-də C.Danfordu Türkiyənin baş naziri Binəli Yıldırım qəbul edəcək. Qeyd edək ki, bu, 15 iyul hərbi çevrilişinə...