Çərşənbə axşamı, 5 İyul, 2022
ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri konqresmen Krisfofer Smit Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək sentyabrın 26-da keçiriləcək referendumla bağlı narahatçılığını bildirib. Həmçinin ABŞ-ın iki partiyası adından yazılan məktubda referendum qərarına yenidən baxmaq təklif edilir. Məktuba Smitlə yanaşı konqresmenlər Co Pitts və Adam Şiff imza atıb. Məktubda deyilir ki, prezidentlik müddətinin uzadılması...
"Konstitusiyaya dəyişiklik çox ciddi məsələdir, bu, ölkənin ən vacib sənədidir" Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta deyib. Bu barədə APA məlumat yayıb. O bildirib ki, bununla bağlı azərbaycanlılar özləri qərar verməlidirlər: "Əsas məsələ açıq, sərbəst və məlumatlı şəraitin yaradılmasıdır. Bildiyiniz kimi, ABŞ da seçki ərəfəsindədir. Bununla bağlı mətbuatda müxtəlif məlumatlar əks olunur....
2015-ci il sentyabrın 20-də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Qeyd edək ki, əvvəl məhkəmənin Bakı Hərbi Məhkəməsinin binasında keçiriləcəyi bildirilsə də, sonradan qərar...
Rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov barəsində olan hökmdən apellyasiya şikayəti verib. Bu barədə vəkil Bəhruz Bayramov bildirib. Vəkil Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün qərarını hələ ki, almadığını deyib: "Vaxt az olduğu üçün ilkin apellyasiya şikayətini Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərdim. Şikayət oradan Şirvan Apellyasiya Məhkəməsinə təqdim ediləcək. Qərarı alandan...
Siyavuş Novruzov ''Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə'' ordeni ilə təltif olunub. Bu barədə SİA məlumat yayıb.  Rusiya Federasiyasının Silahlı Qüvvələri Veteranları Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri, ordu generalı Viktor Yermakovun əmrinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin Komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov "Ölkə müdafiəsinin...
Nida Vətəndaş Hərəkatının İdarə Heyəti Milli Şuranın 17 sentyabr, Müsavat Partiyasının isə 18 sentyabrda keçirəcəyi mitinqlərdə iştirakla bağlı qərar qəbul edib. Bu barədə saytımıza hərəkatın idarə heyətindən məlumat verilib.  Məlumatda qeyd edilib ki, Nida Vətəndaş Hərəkatı hökumətin yarıtmaz siyasətinə, işsizliyə, yoxsulluğa, bahaçılığa, polis, məmur özbaşınalığına və ən əsas monarxiya və şahlıq rejiminin möhkəmlənməsinə etiraz olaraq Milli...
Milli Şuranın sentyabrın 17-nə təyin etdiyi mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumat verib. O deyib ki, sabah saat 16:30-da Bakı Şəhər Baş Polis İdarəsində olacaqlar. E.Quliyev dəvətin mitinqlə əlaqədar olduğunu bildirib. Qeyd edək ki, Milli Şura sentyabrın 17-də, saat...
Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb. MSK-dan verilən məlumata görə, 2016-cı il sentyabrın 26-na təyin edilmiş referenduma hazırlıqla əlaqədar irimiqyaslı layihələr davam etdirilir. MSK sentyabrın 15-dən etibarən dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb. Layihənin həyata keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə...
''Rəyin mətni 14-15 oktyabr plenar sessiyasında müzakirə və təsdiq olunacaq'' Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanda 26 sentyabr referendumuna bir həftə qalmış ölkə Konstitusiyasına düzəlişlər üzrə rəy layihəsini təqdim edəcək. “Rəyin mətni 14-15 oktyabr plenar sessiyasında müzakirə və təsdiq olunacaq”, deyə Venesiya Komissiyasından bildiriblər. Bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasının Bürosu Venesiya...
Milli Şuranın sentyabrın 17-nə təyin etdiyi mitinqin müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib. Bu barədə Milli Şuranın üzvü Gözəl Bayramlı saytımıza məlumat verib. MŞ mitinqlərlə sentyabrın 26-na təyin edilən referenduma və hökumətin siyasi, iqtisadi, sosial siyasətinə etiraz edir. Bu məqsədlə sentyabrın 17-də saat 15:00-a növbəti mitinqini təyin edib. Bundan əvvəl...