Bazar ertəsi, 17 İyun, 2019
Çində yaranmış telekommunikasiya şirkəti "Huaewi Technologies" bu il dünyanın ilk beşinci nəsil internet (5G) texnologiyası ilə işləyən televiziyasını satışa çıxaracağını açıqlayıb. Bu haqda xəbəri "Nikkei Asian Review" qəzeti yayıb. Qəzet bildirir ki, haqqında bəhs olunan televizorlar 5G modulları və 8K çözümlülüyü olan ekrana sahibdir. Yeni televizorların bir başqa fərqi də...
"Facebook" şirkətinin bir neçə səhmdarı illik toplantı zamanı Mark Zukerberqin Direktorlar Şurasının sədri vəzifəsindən kənarlaşdırılması və şirkətin strukturunun dəyişdirilməsinin müzakirə olunmasını yenidən təklif ediblər. Bu barədə "Business Insider" nəşri yazıb. Qəzetin məlumatına görə, şirkət Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyaya baxılmaq üçün göndərilən sənədlərdə səhmdarların illik toplantısının 30 may tarixində...
"World Press Photo" təşkilatı Meksika və ABŞ sərhədində ağlayan qızın fotosunu ilin ən yaxşı fotosu seçib. Barədə beynəlxalq müsabiqənin təşkilatçılarının Amsterdamda keçirilən təntənəli mərasiminin sonunda yayılmış press-relizdə bildirilir. Fotoqraf Con Mur tərəfindən çəkilmiş şəkildə ABŞ-ın sərhəd xidmətinin əməkdaşının Hondurasdan olan qadın Sandra Sançesin üzərində axtarış apararkən onun azyaşlı qızının ağlaması təsvir edilib. Sançesin sözlərinə görə, o, Mərkəzi...
Birləşmiş Ştatlar 2028-ci ilə qədər Aya adam göndərməyi planlaşdırır. Bu, NASA-nın dərc olunan büdcə layihəsindən məlum olub. "Aya digər tədqiqatçılarla birgə adam göndərmək sisteminin inkişafı üçün özəl-dövlət tərəfdaşlığı Aya gedən yolda, onun ətrafında və onun səthində ABŞ-a yenidən üstünlük qazandıracaq və 2028-ci ilə qədər Aya adam göndərməyə gətirib çıxaracaq", - deyə sənəddə bildirilir. Təqdim...
Çinli telekommunikasiya konserni Huawei ABŞ-ın öz müəssisələrinə bu şirkətin texnologiya və xidmətlərini almağı qadağan etməsini qınayır. Huawei bu qadağanın sərbəst rəqabətə mane olduğunu düşünür. Huawei şirkətinin rəhbəri Quo Pin ABŞ prezidenti Donald Trampın 2018-ci ildə imzaladığı qanun haqda "təkcə qanunazidd deyil, həm də Huawei-nin sərbəst rəqabətdə iştirakına mane olduğunu" düşünür....
"SpaceX" şirkəti astronavtları kosmosa yollamaq üçün ilk addımını atdı. Şirkət yaratdığı yeni kapsulun hesabına ABŞ artıq Rusyanın Soyuz kosmik gəmilərinə ehtiyac duymayacaq. "SpaceX" şirkəti tərəfindən yaradılmış, Beynəlxalq Kosmik Stansiyaya sərnişin və yük daşımaq üçün nəzərdə tutulan kosmik kapsul uğurla kosmosa göndərilib. ABŞ-ın Florida ştatındakı Keyp Kaneveral kosmik bazadan kosmosa göndərilən beş...
Yaponiyanın Honda şirkəti ilk elektrikli sərnişin maşını "e Prototype"-ı təqdim edib. Yeni maşın bu il Cenevrədə keçiriləcək "Geneva Motor Show" sərgisində nümayiş etdiriləcək. "e Prototype" xüsusi konstruksiya olunmuş, arxa ötürücülü maşındır. Maşın elektromotor və batareya bloku ilə təchiz olunub. Hələlik, batareyanın həcmi haqda məlumat yoxdur. Bu elektrikli maşının bir dəfə dolu...
"Bloomberg" beynəlxalq xəbər agentliyinin köşə yazarı Leonid Bershidsky-nin müasir dövrün xəstəliyi olan smartfon və sosial şəbəkə asılılığı və şəxsi nümunəsində ondan necə qurtulması haqqında köşə yazısını təqdim edirik. Mən smartfon asılılığına necə qalib gəldim Narkomaniya və depressiya barəsində araşdırma aparanların çoxu adətən tədqiqatları üçün obyekt olaraq tələbələri seçirlər. Ancaq bu problem...
"Ötən il Nazirlər Kabineti mobil cihazların qeydiyyat rüsumunu 3000 % -dək qaldırılması haqqında absurd bir qərar qəbul edib. Bunadək rüsum 5 manat olub. Telefon alanlar marka və modelindən asılı olaraq 20 manatdan 150 manatdək qeydiyyat rüsumu ödəməlidir". Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Mobil telefonların qeydiyyatı üçün ödənilən...
İnformasiya texnologiyaları sahəsində tanınmış ekspert Osman Gündüz bu sahədə Azərbaycanda həyata keçirilən layihələrlə bağlı yazı yazıb. Osman Gündüz bildirib ki, son dövrlərdə ölkənin İT sektoru əvvəlki illərlə müqayisədə xeyli genişlənib. İKT sektorunda xidmət və ticarət sferaları, eyni zamanda İT istehsal sahəsində irəliləyişlər var. Ciddi uğur qazanan İT layihələri var. Bununla belə...