Cümə axşamı, 11 Avqust, 2022
https://www.youtube.com/watch?v=N9S4DPE96Y8
https://www.youtube.com/watch?v=MvUlh6nuUuk Azərbaycanda ərzaq qiymətləri son bir il ərzində sürətlə bahalaşıb. Bayram ərəfəsində də qiymətlər qalxır. 2021-ci ilin son günündə Bakı sakinlərindən bayrama hazırlıqla bağlı sual verdik, cavablarını təqdim edirik.
https://www.youtube.com/watch?v=mg7GL95QlQA İşğaldan azad olunmuş torpaqlarda işləyən bir qrup fəhlə iki aydan çoxdur haqlarının verilmədiyini deyirlər. Zəngilanda ‘Ağıllı kənd’ layihəsində çalışan işçilər yaradılan şəraitdən və əmək müqavilələrinin olmamasından da şikayətlənirlər. Onlar bildirir ki, dövlət qurumlarına müraciət etsələr də, problemlərini həll edən yoxdur.  
https://www.youtube.com/watch?v=oCCunSF8Kac Kürdəmir sakini Vadər Abışov məhkəmə qərarının olmasına baxmayaraq ona təyin olunan kompensasiyanı ala bilmir. Şikayətçinin sözlərinə görə nə Rabitəbank, nə məhkəmə icraçıları qərarın icra olunmasını və təzminatın ödənilməsini təmin etmir.
https://www.youtube.com/watch?v=fF86QEp7naM Hökumət Qarabağ Müharibəsi zamanı evinə raket düşən vətəndaşın əmlakını təmir etmir. Tərtər rayonu Səhlabad kənd sakini Tural Aslanov deyir ki, onun evi bərbad vəziyyətdədir, hökumət qurumları əmlakının düzəldiləcəyini vəd etsə də, şirkət işləri yarımçıq qoyub. T.Aslanov deyir ki, heç bir qurum onların şikayətinə baxmır, onlar isə faktiki evsiz qalıblar.
https://www.youtube.com/watch?v=2Bd-tjbtzF0 32 yaşlı həyat yoldaşını itirən və iki azyaşlı övladı olan qadın dövlətdən müavinət ala bilmir. Şəki şəhər Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən yataqxanada yaşayan Feyzullayeva Gözəl Rayıf qızı sosial vəziyyətinin ağır olmasından şikayət edir.
https://www.youtube.com/watch?v=MCN2Tf3utSI Şəki rayonu sakini İntizar Məmmədova əlillik pensiyasının kəsilməsindən şikayət edir: "İşıq pulunu, qaz pulunu, su pulunu verə bilmirəm, müalicəmi ala bilmirəm. Dəfələrlə demişəm, özümü asıb öldürəcəm".
https://www.youtube.com/watch?v=XpFYXZtuBwU 'Heç kimin şəhid ailəsini təxribatçı, terrorçu adlandırmağa ixtiyarı yoxdur!' Şəmkirdə bir qrup şəhid ailəsi polislərin şəhid evində qanunsuz axtarış aparmasından və şəhid bacısını nəzarətdə saxladıqlarından şikayət edirlər. Şəhid ailələri REAL TV rəhbəri Mirşahin Ağayevin efirdə onların ünvanına səsləndirdiyi fikirlərə də etiraz edirlər. Ailələr Mirşahin Ağayevin onlardan üzr istəməsini tələb edir, Prezidentdən...
Göyçay sakini Kərimov Nicat rayon prokurorundan və polis rəisindən şikayət edir. Vətəndaş bildirir ki, onu döyən və avtomobilini qaçıran şəxslər cəzalandırılmır, hüquq-mühafizə orqanları tərəfindən himayə olunur.