Cümə axşamı, 2 Fevral, 2023
Fərid Rüstəmzadə Müşahidəmə əsasən deyə bilərəm ki, ənənəvi münasibətlərdə qadınların ən çox şikayətləndiyi mövzulardan biri qısqanclıqdır. Əksər qadın həyatında azı bir dəfə sevgilisinin qısqanclığından şikayətlənib, buna bağlı olaraq da, partnyorundan ona daha çox güvənməsini tələb edib. Fikrimcə, kişinin qısqanclığının əsas səbəbi partnyoruna olan güvənsizliyi yox, güc mübarizəsi və bəzi hallarda...
Arif Hacılı İndi Ermənistanın Azərbaycana qarşı əsas silahı teatrlaşdırılmış xoşməramlı missiyalar, xalq diplomatiyası, tolerantlıq təbliğatıdır. Ən yaxın tarixdə təqribən 12 min kv.km ərazimizi işğal etmiş, 1 milyonadək soydaşımızı yurdlarından didərgin salmış, Xocalı soyqırımını törətmiş, 20 mindən çox vətəndaşımızı qətlə yetirmiş bir xalqın alimi də, müğənnisi də, siyasətçisi də, Baş Naziri də...
Ruslan Qara Gürcüstanda iki günlük səfərdən sonra, doğma vətənimizə qayıdırdıq - maşınla. Sərhədi Qazax rayonunun "Qırmızı körpü" adlı ərazidən keçmək çətin olduğuna görə, Lagodex-Balakən istiqamətindən yola düşməyi qərara aldıq. Birinci yoldan fərqli olaraq, bu istiqamətdə yol yarıya qədər çox narahatdır. Müsbət tərəfi isə odur ki, şəxsi avtomobillər üçün növbə problemi yoxdur....
Elmir Mirzoev Yenilik cəmiyyətdə, bəzi istisna hallardan başqa, demək olar ki, hər zaman təkpi, basqı və ədavətlə qarşılanır. Bu yalnız bizim cəmiyyətdə belə deyil. XIX əsrdə yaşamış macar əsilli Ignaz Semmelweis (1818-1865) adlı bir həkimin acı həyat təcrübəsi bunu bizə deyir. Avstriyada anadan olmuş Ignaz Semmelweis Vyana Universitetini bitirdikdən sonra Vyana...
Qubad İbadoğlu Turizm Azərbaycanda da Türkiyədəki qədər iqtisadiyyat və dövlət üçün önəmli olsa idi, onda bizdə də ayıca nazirliyə və çoxsaylı dövlət orqanlarına ehtiyac yaranardı. Ötən il ölkəsinə əhalisinin 150 faizi qədər turist cəlb edən Gürcüstanda Milli Turism Adminstrasiyası və Turizm Assosiasiyası aparıcı rola malik olan yeganə dövlət və qeyri-dövlət...
Mahmud Musalı Nurçuluğun bir qolu olaraq ortaya çıxan Gülən şəbəkəsinin yaranması 1970-ci illərə gedib çıxır. Əslən Türkiyənin Erzurum şəhərindən olan Fəthullah Gülən İzmirin mərkəzi məscidlərinin birində çoşğulu və gur səsiylə digərlərindən kəskin fərqlənən xütbələri ilə geniş kütlələr tərəfindən tanınmağa başlayır və qısa müddət ərzində xütbələri kaset şəklində əldən-ələ yayılır. Xütbələrində Məhəmməd...
"İmperiyanın çöküşü, imperiyanın çöküşündən sonra baş verən hadisələr ədəbiyyat üçün saysız-hesabsız, bitməz-tükənməz mövzu deməkdir. Bəs niyə Sovet imperiyasının çökməsi yazıçılarımız üçün böyük mənada əhəmiyyət kəsb etmir? Nədən imperiyanın çökməsinə yazıçılarımız o qədər də ciddi münasibət bəsləmirlər?" Seymur Baycan "Radetski marşı" "O zamanlar fərqli idi. İmperator belə bu gün monarxiyasının məsuliyyətini üzərinə götürmür....
Rəşad Müseyibzadə Ortaq yaşam şəraitini daha keyfiyyətli hala gətirən 2 təməl ünsür vardır. 1. Hüquq 2. Əxlaq. Əgər bir ölkədə hüquq sistemi qaydasındadırsa, hakimlər ədalətli qərar verirsə, məhkəmə qarşısında kimsə kimsədən üstün deyilsə, insanlar o ölkədə daha yaxşı güzaranda yaşayır. Hüququn aliliyinin qorunduğu ölkələrə fikir versəniz, məsələn: Skandinaviya ölkələri, Kanada, Almaniya,...
Rövşən Əliyev Cümhuriyyəti tənqid eləyənlər, onun qurucularını ələ salanlar haqda bir-iki kəlmə demək istəyirəm. Onların kiçik bir qismi düz eləyir. Kimlər? Anarxistlər. Anarxist olub hansısa dövlət quruluşunu qəbul eləmək öz əqidəsinə zidd getməkdir (anarxist deyiləm, istəsəniz minarxist deyə bilərsiniz). Ancaq qalan tənqidçilərin, demək olar ki, hamısının bir əmması var. Tənqidçiləri qruplaşdırıb...
Ənnağı Hacıbəyli Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun, daxili inamı əsasında qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu, qanunun qoyduğu qaydadır. Çoxlu sayda məhkəmə qərarları var ki, hakimlər iş üzrə gəldikləri nəticəni əsaslandırarkən yazırlar: “Məhkəmə filan...