Cümə axşamı, 2 Fevral, 2023
Ermənistan hökuməti İsrail dövlətində səfirlik açmağa qərar verib. Bu barədə hazırlanan qanun layihəsi xarici işlər naziri Zohrab Mnatsakanyan tərəfindən Nazirlər Kabinetinin 19 sentyabr tarixli toplantısında təqdim edilib və hökumət üzvləri tərəfindən bəyənilib. Nazir qərarı belə əsaslandırıb ki, Ermənistan-İsrail ikitərəfli münasibətlərinin dayanıqlı inkişafını təmin etmək kontekstində Ermənistanın tezliklə Tel-Əvivdə səfirliyinin açılması...
Din mənim üçün bağlanmış mövzudur. Ancaq, dinin həmişə mistik tərəfi məni maraqlandırıb. Bir də, biz elə cəmiyyətdə yaşayırıq ki, neynəsən də bütün problemlər gəlib din, mentalitet, hakimiyyət üçlüsünə dayanır. Bizim dindarlar bilirsiz harada məğlub olublar? Allahı sübut etməyə çalışanda. Axı iman təslim olmaqdır, iman görmədən inanmaqdır. İman Füzulinin Məcnunu, Dostoyevskinin...
Şahin Cəfərli İran-ABŞ-Türkiyə üçbucağında baş verənləri diqqətlə izləməliyik. İranda gərginlik hər gün artır. Parlamentin büdcə komissiyasının üzvlərindən biri bu gün etiraf edib ki, iqtisadiyyat çökmək üzrədir. Tehran, İsfahan, Rəşt və Əhvazda yeni etiraz aksiyaları keçirilib. Qara bazarda 1 dolların məzənnəsi 120 min rial civarındadır. Tramp iqtidara gəldikdən bəri rial 70%-ə yaxın,...
Gülşən Şərif Öpüş məsələsini pozulmuş hansısa insan haqqları ilə müqayisə etmək istəməzdim. Əgər “əxlaq dərsi”nə mütləq şəkildə ehtiyac varsa, ki, bunun tərəfdarı deyiləm, o zaman gəncləri başqa şəkildə maarrifləndirmək, tərbiyələndirmək lazımdır. İllər öncə bir oğlan dostumla şəhərə gəzməyə çıxmışdıq. Qərara gəlmişdik ki, “Şəhidlər Xiyabanı”na Bakı funikulyoranın vaqonları ilə deyil, pilləkənlərlə çıxaq....
Mehman Əliyev Parlamentdə tələm-tələsik müzakirə olunan, amma faktiki olaraq dəyişiklik edilməyən media haqqında qanun daha bir yeniliklə - Medianın İnkişafı Agentliyinin (MEDİA) jurnalist vəsiqəsi ilə hökumətyönlü KİV-ləri belə təəccübləndirib. “Vahid milli jurnalist vəsiqəsi”nin hazırlandığı yeganə ölkə Özbəkistan idi. Məsələ 2019-cu ilin fevralında yayılmışdı, amma davamı gəlmədi. Odur ki, məşəli Azərbaycan təhvil...
Seymur Baycan 90-cı illərin ortalarında "28 May" metrostansiyasının yaxınlığında yerləşən yeraltı keçiddə ayaqqabı satırdım. Oranın necə bir yer olduğunu ifadə edə bilməyəcəm. O istedadın sahibi deyiləm. Bircə onu deyə bilərəm ki, tale məni vaxtından əvvəl cəhənnəmə atmışdı. Ülvi duyğularla yaşayan, xəyalpərəst, az-çox bəşəri dəyərlərdən artıq xəbər tutmuş bir gənc olaraq...
Bəhruz Səmədov Hökumətin rəsmi qəzeti olan “Azərbaycan” qəzeti seksizm və rasizmi açıq-aşkar təbliğ etməkdən utanmır. “Multikulturalizm ili” elan etdiklərinə rəğmən, hakimiyyətin seksist və rasist iç üzü ortaya çıxır. Onsuzda müstəqil olmayan telekanllardan birində, keyfiyyətinin aşağı olmasında şübhəmiz olmayan “Space” telekanalında bir neçə gün idi ki, hava haqqında məlumatı qara dərili xanım...
1-ci epizod: "Bismillah", "Hacı Qara", "Gilan qızı", "Məhəbbət oyunu" filmlərini çəkib, beləcə, adı mədəniyyət tarixinə ilk kino rejissorumuz kimi düşüb. 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində anadan olub. Atası Mirzəı Rəsul böyük şair və maaarifçi Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyirdi və dövrünün irəligörüşlü insanlarından...
Mehman Əliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş media haqqında qanun layihəsi müstəqil KİV-lər, informasiya təşəbbüslərinin daşıyıcıları, ekspert cameəsinin böyük narazılığına səbəb olub. Narazılıq dekabrın 15-də yayılmış və 170-dən çox şəxsin imzaladığı qiymətləndirmə sənədində əsaslandırılıb. Mənim şəxsi fikrim  Azərbaycanda söz azadlığının boğulması ilə bağlı dövlətin çoxillik və bu gün də...
Bəhruz Səmədov “Həqiqətlərdən az-çox xəbərdar olanlar kimi, hamımızın indi və sonra da edə biləcəklərimizin daha doğru olması üçün öyrənəcəyimiz şeylər çoxdur, əlbəttə. Onda azadlığa hazırlayacaq tək şeyin azadlığın özü olduğuna inanırıqsa, dəmir dabanından başqa qanunu olmayan tiranlığı bir gün layiq olduğu yerə göndərə bilmək üçün edə biləcəklərimizi bu gün buna...