Bazar ertəsi, 26 Avqust, 2019
Nuriyyə Ağazadə Məşhur alman yazıçısı Ziqfreyd Lensin “Mehmanxanada gecə” adlı kiçik bir hekayəsində balaca oğlan uşağı hər gün dayanacaqda trolleybusa minən insanların arxasınca yaylıqla əl sallayardı. Əsərdə bu səhnənin bədii təsviri məndə gözlərimi yaşardacaq dərəcədə iz buraxıb. Belə ki, həmin uşaq günlərlə bu aktı bezmədən, yorulmadan tükənməz bir ümidlə edərdi....
Turqut Qəmbər Siyasətin bir çox yazılmamış qaydasını alt-üst edən Donald Trump-ın qələbəsi dünyada həqiqi şok effekti yaratdı. Amerikanın və dünyanın proqressiv kəsiminin mütləq əksəriyyəti Trump-ın rasist, seksist və bölücü çıxışlarına görə həyəcan təbili çalırdı. Ancaq çoxlarında, o cümlədən məndə bir rahatlıq var idi ki, “əşi, belə bir adam seçilməz, sorğulara...
Rövşən Ağayev Hökumətin son aylar qəbul etdiyi qərarlarla subsidiya dəstəyi vermək istədiyi 3 sahədən biri baramaçılıqdı. Azərbaycanın tarixən bu sahədə təcrübəsi, istehsal infrastrukuru olan ölkədi. Sovetlər dönəmində 2 damazlıq ipəkçilik stansiyası, 7 barama zavodu hesabına ölkə keçmiş ittifaqın əsas xam ipək bazalarından biri olub. Lakin müstəqillikdən sonra bu fabriklərin hamısı faktiki...
Nuriyyə Ağazadə Azərbaycan vətəndaşı qədər beyin yarımkürələri yüklənən ikinci ölkə vətəndaşı tanımaq istərdim. Niyə? Adi bir missal çəksəm hər biriniz mənim haqlı olduğumu avtomatik təsdiqləyəcəksiniz. Məsələn, yapon səhər yatağından durur, çiyinlərində əsas məsuliyyət bunlardı: Sevdiyi işə getmək. Sonrakı addım və məşğuliyyətləri öncəki məsuliyyətin davamı olan törəmə aktlardır. Daha sonra ailəsi və...
Həzi Bəy Mənim mövzuya bir neçə cümləlik yanaşmam bundan ibarətdir ki, biz demokratik bir cəmiyyətdə dünyaya göz açmamışıq və bizi tərbiyyə edənlər demokratlar olmayıblar.  Dünyaya yenicə göz açandan sonra...  Hər bir valideyn istəyir ki, övladı ancaq onun sözünü eşitsin və istəklərini diqtə edə biləcəkləri bir övlad olsun. Və müəyyən yaşa kimi övladlarına...
Samir Əsədli Gürcüstanda keçirilmiş parlament seçkilərinin ikinci turunda mübarizə aparan şanslı soydaşımızın gözlənilməz məğlubiyyəti səsvermənin nəticələrini şübhə altına aldı. Gürcüstan azərbaycanlılarının yığcam yaşadığı Marneuli rayonundakı birmandatlı seçki dairəsində keçirilən təkrar seçkidə soydaşımız, müxalifətçi Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin deputat seçilməsi proqnozlaşdırılsa da, nəticələr hakim Gürcü Arzusu Partiyasından irəli...
Ağazadə Nuriyyə Növbəti dəfə ailə münaqişəsi zəminində qadın ölümünə səbəb hadisə Qəbələ rayonunun Kürd kəndindən gəldi. 1991-ci il təvəllüdlü, 25 yaşlı 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızın əri tərəfindən vəhşicəsinə döyülüb öldürüldü. İndi durub obrazlı ifadələrlə, bədii ədəbiyyatımızdan nadir inciləri seçərək, gözlərinizdən muncuq-muncuq yaş tökülənədək, Xoşqədəmin məlum proqramının izləyicilərini ekran...
Altay Göyüşov Keçən günlərdə DTX-nin daha bir dini radikal qrupa qarşı əməliyyat keçirib zərərsizləşdirməsi haqqında məlumat yayıldı. Son illərdə mütəmadi olaraq belə xəbərlər yayılır. İlk baxışda radikal qruplaşmalara qarşı effektiv mübarizə aparılır, bu sahədə uğuru sayıla biləcək stabillik mövcuddur. Hüquq mühafizə orqanları sivil, sekulyar demokratik siyasi opponentlərdən, həbs olunan hakimiyyət tənqidçilərindən narkotik,...
Məhəmməd Talıblı Son illərin ən çox oxuduğum kitabları arasında uğur bestellərinin müəllifi kimi tanınan Brayan Treysinin əsərləri xüsusi yer tutur. Onların oxunmasını “olmazsa olmaz”dan hesab edirəm: “Bəhanələrə yox! Daxili intizamın gücü”, “Uğurun 100 qanunu”, “Xarizma nədir”, “Satışın 21 qanunu”. Müəllifin bəyəndiyim fikirləri ilə yanaşı, yazı üslubu daha cəlbedicidir. Həqiqətən bunları...
Xaqani Hass Bu cavan oğlan mənim qəhrəmanımdır – Qiyas. Yaraşıqlı, intellektual, cəsur, odbaxışlı, natiq. Qəhrəmandır o. İşgənclər və 10 il həbs… Ancaq müstəbidǝ baş əymir və cəlladlarına üz tutub deyir: “Sistemin yazılmamış qanunlarını pozduq biz. Yazılmamış qanunları pozanda cəzasız qalmaq mümkün deyil… Sizlərdən əfv diləməyəcəyik”. Jacques Roux kimidir, nəfəsi onun nəfəsidir, “sans...