Çərşənbə axşamı, 21 May, 2019
 “Küçədə gəzəndə artıq insanlar bir-birinin üzünə baxmır. Qulaqlarındakı musiqiyə, əllərindəki alətə fikirlərini cəmləyirlər. Gənc nəsil üçün əsl risk budur.Təklik riski.” Umberto Eko İtalyan yazıçı Umberto Eko hələ bir neçə il öncədən qələmini “başına keçirib” hayqıranda ki, “insanlar ictimai yerlərdə bir-birinin üzünə baxmır, hamının gözü o androidə qalmış telefona zillənib və bu...
Bəhruz Səmədov Hökumətin rəsmi qəzeti olan “Azərbaycan” qəzeti seksizm və rasizmi açıq-aşkar təbliğ etməkdən utanmır. “Multikulturalizm ili” elan etdiklərinə rəğmən, hakimiyyətin seksist və rasist iç üzü ortaya çıxır. Onsuzda müstəqil olmayan telekanllardan birində, keyfiyyətinin aşağı olmasında şübhəmiz olmayan “Space” telekanalında bir neçə gün idi ki, hava haqqında məlumatı qara dərili xanım...
Emin Tağıyev Dünya mediası Türkiyədəki hərbi çevriliş cəhdi şousundan sonra, ölkədə İran bənzəri bir “İslam Diktatorluğu” qurulması ehtimalını müzakirə edir. Mən bu müzakirələrin artıq özünü doğrultduğu qənaətindəyəm. Və 1979-cu ildə İranda şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn İran inqilabını sizə xatırlatmaq istəyirəm. Detalları bir kənara qoysaq, İrandakı çevrilişi çox kobud xətləriylə belə...
Samir Əsədli Tarixin bütün dönəmlərində xalqların gələcək milli müqəddəratını onun gəncliyi müəyyənləşdirib. Bu baxımdan Azərbaycan gəncliyi də özünün şərəfli tarixi ilə öyünə bilər. Düzdü, ölkədə hələ köklü dəyişikliklər baş verməyib, amma bir neçə nümunə gətirmək olar ki, gənclik mövqeyini göstərib, həbslərdən, repressiyalardan çəkinməyərək sözünü deyib. Azərbaycan gəncliyi bu gün həm hərb...
Kamran İsmayılzadə Məktəb illərindən hər kəsin yadında müəyyən mövzular qalıb. Mənim yadımda qalan mövzulardan biri də Walter (Wat) Tylerin başçılıq elədiyi kənli üsyanı idi. Üsyan 1381-ci ildə baş verib. Əsrin ikinci yarısında Qərbi Avropada, cümlədən İngiltərədə taun xəstəliyi yayılmağa başlamışdı. İngiltərə əhalisinin 1/3-nin ölümünə səbəb olan xəstəlik xalq arasında "qara ölüm"...
Bəhruz Səmədov Ölkəmizdən də yan keçməyən ideologiyasından və metodlarından asılı olmayaraq, totalitar sistemin əsas “antropoloji” məqsədi insan təbiətinin dəyişdirilməsi, manqurtlaşdırılması, insan qanında olan “azadlıq toxumunun” puç və repressiv ideologiya ilə doldurulmasıdır. Düşünürəm, çoxumuz elə gündəlik həyatımızda homo totalitaricus sinfinə aid insanlarla üzləşmişik. Onların şəxsiyyəti o qədər transformasiyaya məruz qalıb ki,...
Fidan Cahangirli Azərbaycan, ey mənim “bahalı” yurdum Mən sənin torpağında xariman qurdum İndiysə acığın tutmuşdur mana.. Görəsən hansı səhvimizə görə bizə acığı tutub tanrının? Və ya Azərbaycan niyə bizə divan tutur? Bir tərəfdə təqaüdçü yaşlılara haqları olan pul verilmir deyə küçələrə tökülüb yol kəsirlər, digər tərəfdə dövlət büdcəsindən deputatlara sadəcə 2 aylıq istirahət üçün...
Haldun Novruzzadə Bildiyiniz kimi Türkiyədə hərbi çevriliş cəhdi (subyektiv mövqeyim oyun olduğu qənaitindədir) uğursuzluqla nəticələndi. Türkiyədə olduğu kimi ölkəmizdə də bir çox insan düşünür ki, bu hərbi çevriliş demokratiyaya zidd bir hərəkətdir. Çoxu da bu fikri "Erdoğan seçkilərdə saxtakarlıq olmadan qalib gəlib" arqumenti ilə əsaslandırır və seçki ilə qalib gəlmiş...
Turqut Qəmbər Ərdoğan avtoritar liderdir. Onun hakimiyyəti dövründə Türkiyənin avtoritarlaşması, ölkədə mətbuatın boğulması, ümumiyyətlə, müxalif fikrə qarşı dözümsüzlüyün artması danılmazdır. Ərdoğanın  dindar olması, dini ritorikadan gen-bol istifadə etməsi, son qiyam hadisələrində məscidlərdən açıq-aşkar siyasi məqsədlərlə istifadə etməsi Türkiyədə siyasi İslamın güclənməsinə dair narahatlıqları artırır. Ərdoğan Türkiyəsində demokratiya adına yalnız seçkilərin qalmasının fəsadları...
Maliyyə naziri Samir Şərifova yeni müavin təyin edilib, baxıram, xeyli adam yenə “təkərə düşüb”, Adamı öyüb, öyüb bitirə bilmirlər. Ay nə bilim gəncmiş də, Harvard Universitetində oxuyubmuş da, Dünya Bankının Bakıdakı ofisində işləyibmiş də, savadlıymış da, müasir dünyagörüşlüymüş də, filanmış-bəhmənmiş! Olsun ki, bu öygülərdə zərrəcə şişirtmə-filan yoxdur. Olsun ki, yeni nazir...