Cümə, 7 Oktyabr, 2022
Rəhim Vəliyev Son zamanlar müxalif düşərgədə aktual bir ifadə var: “Proses uzun çəkdi, hərə bir cür dəli oldu”. Prosesin uzun çəkdiyi kimi bizim də gözlədiyimiz bir həqiqətdir. Elə burdan yola çıxaraq, gözləyənləri, gözləməkdən əl çəkənləri bu fel üzərindən dəyərləndirməkdir məqsədim. Gözləmə bir feldir. Fel niyyət halında bir hərəkət və ya hərəkətsizlik...
Seymur Baycan "Hər dövrün öz iblisi var" H.Əliyev AzTV-də nümayiş olunan kadrları öz gözlərimlə görmüşəm. Heydər Əliyev Hüseyn Cavidin ev muzeyində Turan xanımla söhbət etdi. Köhnə fotolara, əlyazmalara baxdı. Birdən fikirə gedərək qəfildən dedi: “Hər dövrün öz iblisi var”. Bu söz ümumilikdə iblis mövzusuna, haqqında kitablar, məqalələr yazılmış “İblis” əsərinə verilmiş dəqiq, sərrast,...
Nurlan Hüseynov Azərbaycan öz yeni tarixində repressiv siyasət aparan hökumətiylə bərabər, dünyada qlamur, təntənəli musiqi və idman yarışlarına ev sahibliyi edən ölkə kimi tanınır. Üstəlik, ekspertlərin fikrincə, Azərbaycanda bu yarışlara  olduqca yüksək məbləğdə pullar xərclənir. Hökumət bunu yarışları hazırlayan mütəxəssislərin, peşəkarların xaricdən gətirilməsinə və yarışların keçirilməsi üçün infrastrukturun qurulmasına görə olduğunu deyir. Müxalif etirazçı...
Anar Məsimli Müsəlman Şərqinin poeziya aşiqi olması sirr deyil. Şərqin ruhu var, şərq özü dil açıb danışa bilir. Sözünə qulaq asmasan qapaz da vurar. Amma qapazı da sevgiylə vurar. Vurub öldürər, sonra peşman olar. Üstünə yaxşı mərsiyə deyər. Bir az yaşlanandan sonra cavanlara məsləhət verər. Şərq beyni qanlı gənclik və...
Rəşad Babalı Azərbaycan "obıvateli"nin bəhanə uydurmaqda dünyada analoqu yoxdu desəm şişirtmərəm yəqin ki. Bütün uğursuzluqlara, prinsipsizliklərə, qorxaqlıqlara, riyakarlıqlara həmişə bəhanəsi var. Məsələn belə bir giriş görə bilərsiniz. “Mən nə müxalifətçiyəm, nə də iqtidar tərəfdarı, bitərəf adamam”, “Müxalifət də, iqtidar da hamısı eynidi” kimi söz başlayanların böyük əksəriyyəti sözünə belə davam edirlər: Bu...
Samir Əsədli Qəhrəman Elgiz haqqında nə zamansa başqa bir səbəbdən, daha sevincli məqamla bağlı yazmaq istərdim. Amma görünür bu özü də bir qismətdir. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin “Bu mənim taleyimdir” sözü artıq İstiqlal və Demokratiya savaşı aparan hər kəs üçün keçərli olub: bu bizim taleyimizdir. Elgiz də bu taleyi...
Tanınmış və istedadlı şair Salam Sarvan iqtidarda olan Yeni Azərbaycan Partiyasına qoşulmaq qərarını açıqlayıb, “YAP-ın daxili siyasətini alternativsiz hesab etdiyini” bildirib.  Deyəsən unudub, nəinki alternativsiz, hətta analoqsuz. Elə bir siyasət ki, bu hakim partiyanın sayəsində yaradıcı insanlar səfil durumuna düşüb, ehtiyac onları ən rəzil bəyanatlar verməyə məcbur edir. YAP-a...
Vüqar Salamlı ABŞ konqresində 1955-1995 illər ərzində fasiləsiz olaraq çoxluq demokratların əlində idi. Demokratlar o qədər güclü idilər ki, bəzi illər konqresdəki nümayəndələri az qala 70 faizə çatırdı. Reyqanın ölkə üzrə böyük üstünlüklə prezident seçilməsi belə demokratların konqresdəki çoxluğuna mane ola bilmədi. Respublikaçılar bu vəziyyətdən o qədər bezmişdilər ki, partiyada ciddi...
Sevda Sultanova Bu, real əhvalatdır. Fransua Beqodo Parisdə litseylərdən birində fransız dili və ədəbiyyatından dərs deyib. Müəllimlik təcrübəsini avtobioqrafik romanında qələmə alıb. Sonra bu romanı Loran Kante filmə çevirib. Çoxsaylı mükafata layiq görülən “Sinif” filmində Fransua elə özünü oynayıb. Üç saatlıq narahat filmə nəfəsim təntiyə-təntiyə baxmışam. Fransua fəndgir, çətin yeniyetmələrə nəhayətsiz...
Elçin Mahmud Bir gün yuxudan dururuq, səhər yeməyini yeyib növbəti günə başlayırıq və sosial şəbəkələrdə Şabrandan təyin edilmiş deputat Tahir Süleymanovun əzəmətli sarayının videosu az qalır gözümüzə girsin. Doğrudur, nazirlərimizin, deputatlarımızın, məmurlarımızın bir-birindən dəbdəbəli villalara sahib olduqları bizim üçün yeni söhbət deyil. Lakin yüz eşitməkdənsə, bir dəfə görmək insanı istər-istəməz...