Dünya

“Instagram” İranın "Press TV" kanalının hesabını bloklayıb

1 dəqiqə
“Instagram” İranın "Press TV" kanalının hesabını bloklayıb

“Instagram” İranın “Press TV” kanalının bu platformadakı hesabına girişini dayandırıb.

İRNA-nın məlumatına görə, sosial şəbəkə tərəfindən hesab oktyabrın 8-də “naməlum” səbəblərdən bağlanıb.

“Press TV” kanalının İctimaiyyətlə Əlaqələr Şöbəsi də faktı təsdiqləyib.

Qeyd edək ki, buna qədər kanalın “Facebook” və “YouTube” sosial şəbəkələrindəki hesabları da bloklanmışdı.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun