İqtisadiyyat

652 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib

1 dəqiqə
652 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb. 
Nazirlikdən  verilən məlumata görə, 28 oktyabr tarixinə vergi borcu olduğuna görə 652 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu rəqəm 24 oktyabr tarixinə olan göstəricidən 18 nəfər çoxdur.
Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 9 nəfər xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun