İqtisadiyyat

Nazirlik vergi borcuna görə 555 müəssisə rəhbərinin ölkədən çıxışına qadağa qoyub

1 dəqiqə
Nazirlik vergi borcuna görə 555 müəssisə rəhbərinin ölkədən çıxışına qadağa qoyub
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, 4 oktyabr tarixinə vergi borcu olduğuna görə 555 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun