İqtisadiyyat

Tütün istehsalçılarına subsidiya veriləcək

1 dəqiqə
Tütün istehsalçılarına subsidiya veriləcək
Tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında prezident tərəfindən sərəncam imzalanıb.
Emal müəssisələrinə satılmış quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya veriləcək.
Subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.
Nazirlər Kabinetinə emal müəssisələrinə satılmış quru və yaş tütünə görə tütün istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək, Maliyyə Nazirliyi isə müvafiq maliyyələşməni təmin etmək tapşırılıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun

Tütün istehsalçılarına subsidiya veriləcək - Abzas Media | Abzas.net