İqtisadiyyat

Azərbaycan Ukraynaya 2 il ərzində 2,6 mln. ton neft nəql edəcək

1 dəqiqə
Azərbaycan Ukraynaya 2 il ərzində 2,6 mln. ton neft nəql edəcək
"Ukrtransnaft" və "Ukrtatnafta" Azərbaycan neftinin "Kremençuq" neft emalı zavoduna nəql olunması ilə bağlı niyyət protokolu imzalayıb.
Sənədə əsasən zavoda il ərzində 1,3 mln. ton neft nəql olunacaq. Nəql 2017-ci ildən etibarən baş tutacaq.
"Ukrtatnafta" bildirir ki, 2017-2019-ci illərdə "Odessa"-Kremençuq neft emalı zavodu marşrutu "Azeri Light" markalı neftin nəqlinə hazırdır.
Məlumata görə, neft kəmərinin texniki göstəriciləri qeyd edilən həcmdə neftin nəqlinə imkan verir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun