Mədəniyyət

"Dərs” filmi Delhi Beynəlxalq Film Festivalına dəvət alıb

1 dəqiqə
"Dərs” filmi Delhi Beynəlxalq Film Festivalına dəvət alıb
Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb.
Cəfər Cababrlı adına "Azərbaycanfilm" Kinostudiyasından  verilən məlumata görə, festival dekabrın 3-dən 9-dək Yeni Delhi şəhərində keçiriləcək.
“Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusiyanın 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə  baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun