İqtisadiyyat

Manat hərrac olmadan da ucuzlaşır

1 dəqiqə
Manat hərrac olmadan da ucuzlaşır

Foto: sosial media

Noyabrın 4-də valyuta hərracı olmasa da, səhər saatlarından kommersiya bankları dollar və avronun alış və satış məzənnələrini noyabrın 3-ü ilə müqayisədə yüksəldib.
Belə ki, ən yüksək məzənnə Əmrahbank-da olub: dolların alışı – 1.702 manat, satış isə 1.722 manat. Avronun alış məzənnəsi – 1.189, satışı – 1.1914 manat.
Qeyd edək ki, son bir gündə bir sıra kommersiya bankları dollar və avronun manata nisbətdə məzənnəsini iki dəfə artırıb.
Bu zaman banklar rus rublunun məzənnəsini aşağı salıb ki, bu da neft qiymətlərinin ucuzlaşması ilə bağlıdır.
 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun