İqtisadiyyat

Valyuta hərracında dollar yenidən bahalaşdı

1 dəqiqə
Valyuta hərracında dollar yenidən bahalaşdı
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Valyuta hərracında dolların məzənnəsi yenidən qalxıb.
Hərrac 1,7246 manat məzənnə ilə başlayıb, 1,7306 manatla başa çatıb. Kommersiya bankları xarici valyutanın satışı və alışı zamanı 4% marjaya malikdir.
Qeyd edək ki, dollar son vaxtlar rekord həddə bahalaşmadadır. Bəzi banklar isə xarici valyutanın satışına məhdudiyyətlər qoyub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun