AMB-nin bugünkü depozit hərracında tələb təklifdən 40% az olub
1 dəqiqə
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat (60%) təşkil edib.
AMB-dən verilən məlumata görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,10% olub.