Azərbaycan Premyer Liqasında ilin son turunun təyinatları açıqlanıb
1 dəqiqə
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun görüşləri üçün bütün təyinatlar müəyyənləşib.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verilən məlumata görə, 2016-cı ilin son turunda Bakıda "Qarabağ" və "İnter" komandaları arasında keçiriləcək oyun Fariz Yusifova həvalə olunub.
"Qəbələ" - "Kəpəz" görüşünü isə Əliyar Ağayev idarə edəcək.
17 dekabr (şənbə)
14:00. "Qəbələ" - "Kəpəz"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov