İqtisadiyyat

Azərbaycan tam üzən məzənnəyə keçir

1 dəqiqə
Azərbaycan tam üzən məzənnəyə keçir

Foto: sosial media

Azərbaycan gələn il tam üzən məzənnə rejiminə keçəcək. 
Bu barədə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə bildirilir.
Bu addım yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi tədbirləri çərçivəsində atılacaq. Yeni məzənnə rejiminə keçidi Azərbaycan Mərkəzi Bankı Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə təmin edəcək.
Bu qurumlar həmçinin banklararası bazarın fəaliyyətinin təkmilləşdirilməsi, adekvat iqtisadi gözləntilərin formalaşdırılması və idarə edilməsi istiqamətində tədbirlər görəcək. Maliyyə Sabitliyi Şurası isə makroiqtisadi əlaqələndirmə ilə məşğul olacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun