Cənubi Amerika kuboku "Şapekoense" klubuna təqdim edilib
1 dəqiqə
Cənubi Amerika kuboku çərşənbə axşamı Braziliyanın oyunçuları aviaqəzada həlak olmuş "Şapekoense" futbol klubuna verilib.
Bu barədə Kolumbiyanın "El Tiempo" portalı xəbər yayıb.
Portalın məlumatına görə, mərasim "Libertadores-2017" kubokunun püşk atmasının gedişatında, Paraqvayın paytaxtı Asunsonda keçirilib.
Qeyd edək ki, göyərtəsində Amerika Kubokunun final görüşü üçün səfərə yollanan "Şapekoense" futbol klubunun heyətinin olduğu təyyarə noyabrın 29-da Medelina yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 77 nəfərdən - 68 sərnişindən və 9 ekipaj üzvündən cəmi 6 nəfər sağ qalıb. Onlardan 3-ü "Şapekoense"nin oyunçularıdır.
Beləliklə qəza nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri dünyasını dəyişib.